https://sputnik.az/20230302/putin-bryanskda-bas-veren-hadiseni-tetror-akti-kimi-qiymetlendirib--452322227.html
Putin Bryanskda baş verən hadisəni terror aktı kimi qiymətləndirib
Putin Bryanskda baş verən hadisəni terror aktı kimi qiymətləndirib
Sputnik Azərbaycan
Qubernatorun sözlərinəı görə, bu gün səhər saatlarında Ukraynanın diversiya qrupu Bryansk vilayətinin Klimovski rayonunun ərazisində mülki şəxslərin olduğu... 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T17:00+0400
2023-03-02T17:00+0400
2023-03-02T17:25+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
bryansk
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452003384_0:0:2860:1609_1920x0_80_0_0_c2d800b3db3fccb05475e83784c4c203.jpg
BAKI, 2 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin ukraynalı diversantların Bryansk vilayətinə hücumunu terror aktı adlandırıb.O deyib ki, basqınçılar içəridə uşaqların olduğunu görərək avtomobilə atəş açıblar."Onlar (neonasistlər və terrorçular - red.) bu gün daha bir terror aktı, daha bir cinayət törədiblər. Sərhəd bölgəsinə daxil olaraq dinc əhaliyə atəş açıblar. Görüblər ki, mülki avtomobildir, mülki vətəndaşlar və uşaqlar onun içində oturublar, onlara atəş açıblar. Bu, adl "Niva" idi. Məhz bu insanlar bizi tarixi yaddaşımızdan, tariximizdən, adət-ənənələrimizdən, dilimizdən məhrum etməyi qarşılarına vəzifə kimi qoyublar”, - deyə dövlət başçısı "Mentor məktəbi" təhsil proqramının iştirakçıları ilə görüşdə bildirib."Bu cinayətləri neonasistlər və onların ağaları törədir", - Putin davam edib. Onun fikrincə, məhz bu sahiblər bugünkü hücuma fikir belə verməyəcəklər. Amma sonda Rusiyanın rəqibləri uğur qazana bilməyəcəklər. "Biz onları əzəcəyik”, - prezident fikrini yekunlaşdırıb.Qubernator Aleksandr Boqomaz bildirib ki, səhər saatlarında Ukraynanın diversiya qrupu Bryansk vilayətinin Klimovski rayonunun ərazisinə soxulub. Diversantlar Lubeçan kəndində mülki avtomobilə atəş açıblar. Nəticədə bir yerli sakin həlak olub, on yaşlı uşaq yaralanıb. Bundan əlavə, Klimovski rayonu ərazisində yerləşən Suşanı kəndində də Ukraynaya məxsus pilotsuz uçan aparatdan atılan mərmi səbəbindən yaşayış binası yanıb.FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi fövqəladə vəziyyətin tətbiq olunduğu yerdə dövlət sərhədini pozan silahlı Ukrayna millətçilərinə qarşı xüsusi əməliyyatın başladığını bildirib. Burada Müdafiə Nazirliyinin qüvvələri də iştirak edir. Kremlin mətbuat xidməti qeyd edib ki, prezident vəziyyətlə bağlı operativ məlumat alır. Müdafiə Nazirliyi, FTX və Rusiya Qvardiyasının rəhbərləri Putinə təhlükəsizlik qüvvələrinin terrorçularla mübarizədə gördüyü tədbirlər barədə məlumat verirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452003384_129:0:2860:2048_1920x0_80_0_0_2cd9b408d2afcbb449ac1480527058ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, bryansk
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, bryansk
Putin Bryanskda baş verən hadisəni terror aktı kimi qiymətləndirib
17:00 02.03.2023 (Yenilənib: 17:25 02.03.2023) Qubernatorun sözlərinəı görə, bu gün səhər saatlarında Ukraynanın diversiya qrupu Bryansk vilayətinin Klimovski rayonunun ərazisində mülki şəxslərin olduğu avtomobili atəşə tutublar.
BAKI, 2 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin ukraynalı diversantların Bryansk vilayətinə hücumunu terror aktı adlandırıb.
O deyib ki, basqınçılar içəridə uşaqların olduğunu görərək avtomobilə atəş açıblar.
"Onlar (neonasistlər və terrorçular - red.) bu gün daha bir terror aktı, daha bir cinayət törədiblər. Sərhəd bölgəsinə daxil olaraq dinc əhaliyə atəş açıblar. Görüblər ki, mülki avtomobildir, mülki vətəndaşlar və uşaqlar onun içində oturublar, onlara atəş açıblar. Bu, adl "Niva" idi. Məhz bu insanlar bizi tarixi yaddaşımızdan, tariximizdən, adət-ənənələrimizdən, dilimizdən məhrum etməyi qarşılarına vəzifə kimi qoyublar”, - deyə dövlət başçısı "Mentor məktəbi" təhsil proqramının iştirakçıları ilə görüşdə bildirib.
"Bu cinayətləri neonasistlər və onların ağaları törədir", - Putin davam edib. Onun fikrincə, məhz bu sahiblər bugünkü hücuma fikir belə verməyəcəklər. Amma sonda Rusiyanın rəqibləri uğur qazana bilməyəcəklər. "Biz onları əzəcəyik”, - prezident fikrini yekunlaşdırıb.
Qubernator Aleksandr Boqomaz bildirib ki, səhər saatlarında Ukraynanın diversiya qrupu Bryansk vilayətinin Klimovski rayonunun ərazisinə soxulub. Diversantlar Lubeçan kəndində mülki avtomobilə atəş açıblar. Nəticədə bir yerli sakin həlak olub, on yaşlı uşaq yaralanıb.
Bundan əlavə, Klimovski rayonu ərazisində yerləşən Suşanı kəndində də Ukraynaya məxsus pilotsuz uçan aparatdan atılan mərmi səbəbindən yaşayış binası yanıb.
FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi fövqəladə vəziyyətin tətbiq olunduğu yerdə dövlət sərhədini pozan silahlı Ukrayna millətçilərinə qarşı xüsusi əməliyyatın başladığını bildirib. Burada Müdafiə Nazirliyinin qüvvələri də iştirak edir.
Kremlin mətbuat xidməti qeyd edib ki, prezident vəziyyətlə bağlı operativ məlumat alır. Müdafiə Nazirliyi, FTX və Rusiya Qvardiyasının rəhbərləri Putinə təhlükəsizlik qüvvələrinin terrorçularla mübarizədə gördüyü tədbirlər barədə məlumat verirlər.