Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Düşmənlərimiz maliyyə sistemlərinin işinə müdaxilə etməyə çalışırlar - Medvedev

© Sputnik / Юлия Зырянова / Mediabanka keçidRusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev  - Sputnik Azərbaycan, 1920, 02.03.2023
Abunə olmaq
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavin bildirib ki, informasiya infrastrukturunun texnoloji müstəqilliyinin təmin edilməsinə yönəlmiş pilot layihənin həyata keçirilməsi üçün nüvə sənayesi seçilib.
BAKI, 2 mart — Sputnik. Rusiya Federasiyasının düşmənləri getdikcə daha çox dövlət və maliyyə sistemlərinin işinə müdaxilə etməyə çalışırlar, təhdidlərə qarşı mübarizə hərtərəfli olmalıdır. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev Sverdlovsk vilayətinin Zareçnı şəhərindəki Beloyarsk Atom Elektrik Stansiyasına baş çəkib və nüvə sənayesinin mühüm informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və texnoloji müstəqilliyinin təmin edilməsi üzrə tədbirlərə dair müşavirə keçirib.
"Kiberməkanda çağırışlar artır, bu problem daha genişdir. Təhlükəsizlik Şurasının komissiyası bütün problemlər üzrə kibertəhlükəsizliyin təmin edilməsi məsələləri ilə məşğul olur", - deyə Medvedev bildirib.
O xatırladıb ki, informasiya infrastrukturunun texnoloji müstəqilliyinin təmin edilməsinə yönəlmiş pilot layihənin həyata keçirilməsi üçün nüvə sənayesi seçilib.
"Ümumiyyətlə, bu mövzu üzərində iş gedir. Əminəm ki, hökumətdən olan həmkarlarımız buna ciddi diqqət yetirir, yaranan bütün çətinlikləri aradan qaldırmağa çalışırlar. Biz eyni üslubda hərəkəti davam etdirməliyik, tənzimləyici qərarlar hazırlamalıyıq", – Medvedev əlavə edib.
Onun sözlərinə görə, pilot layihənin maliyyə mənbələrini müəyyən etmək lazımdır.
Xəbər lenti
0