Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

BŞİH-ə qəzalı binalarla bağlı tapşırıqlar verilib

CC BY 2.0 / Francisco Anzola / City hallBakı Şəhər İcra Hakimiyyətinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası - Sputnik Azərbaycan, 1920, 02.03.2023
Abunə olmaq
Müşavirədə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı binaların problemi məsələsi qaldırılıb.
BAKI, 2 mart — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə qəzalı vəziyyətdə olan binalarla bağlı tapşırıqlar verilib.
İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə keçirilən müşavirədə qəzalı binalarla bağlı məsələ müzakirə olunub.
Müşavirədə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı binaların problemi məsələsi qaldırılıb. Qeyd olunub ki, qəzalı binaların əksəriyyəti sovet dövründə tikilib və onların istismar müddəti başa çatıb. Qəzalı binalar dedikdə “Xruşşovka” adlandırılan beş mərtəbəli binalar, yataqxanalar və digər tikililər nəzərdə tutulur.
Qeyd edək ki, son 5 ildə Bakıda 1239 qəzalı bina sökülüb, on minlərlə insan yeni mənzillərə köçürülüb və ya müvafiq kompensasiya alıb. Hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb.
Xəbər lenti
0