https://sputnik.az/20230301/rusiya-iki-qatarin-toqqusmasi-ile-elaqedar-yunanistan-xalqina-bassagligi-verib-452279262.html
Rusiya iki qatarın toqquşması ilə əlaqədar Yunanıstan xalqına başsağlığı verib
Rusiya iki qatarın toqquşması ilə əlaqədar Yunanıstan xalqına başsağlığı verib
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, qatarların toqquşması xəbəri "dərin kədər və ağrı ilə" qəbul edilib. 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T15:54+0400
2023-03-01T15:54+0400
2023-03-01T15:54+0400
rusiya
rusiya xin
yunanıstan
başsağlığı
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452260267_0:99:3288:1949_1920x0_80_0_0_e6134a28280e1e1ced817ad521a1d80d.jpg
BAKI, 1 mart — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Larisa və Saloniki şəhərləri arasında sərnişin qatarının yük qatarı ilə toqquşması ilə əlaqədar yunan xalqına başsağlığı verir. Bu barədə Nazirliyin saytında dərc olunan məlumatda deyilir. Zaxarova həmçinin qeyd edib ki, Yunanıstanda qatarların toqquşması xəbəri "dərin kədər və ağrı ilə" qəbul edilib. İki qatarın toqquşması nəticəsində otuzdan çox insan həlak olub, onlarla insan yaralanıb. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Lavrov Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla bağlı başsağlığı verib. Rusiyalı nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyə rəhbərliyinə göndərdiyi teleqramda Lavrovun Moskvanın dərhal lazımi yardımı göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452260267_279:0:3010:2048_1920x0_80_0_0_949f7b29feac5eb4f300781c9a7f1e31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, yunanıstan, başsağlığı
rusiya xin, yunanıstan, başsağlığı
Rusiya iki qatarın toqquşması ilə əlaqədar Yunanıstan xalqına başsağlığı verib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, qatarların toqquşması xəbəri "dərin kədər və ağrı ilə" qəbul edilib.
BAKI, 1 mart — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Larisa və Saloniki şəhərləri arasında sərnişin qatarının yük qatarı ilə toqquşması ilə əlaqədar yunan xalqına başsağlığı verir. Bu barədə Nazirliyin saytında dərc olunan məlumatda deyilir.
"Bu çətin anlarda yunan xalqına, ilk növbədə doğmalarını və yaxınlarını itirən ailələrə ən səmimi başsağlığımızı veririk. Zərərçəkənlərə tezliklə sağalmalarını arzulayırıq", - məlumatda bildirilir.
Zaxarova həmçinin qeyd edib ki, Yunanıstanda qatarların toqquşması xəbəri "dərin kədər və ağrı ilə" qəbul edilib. İki qatarın toqquşması nəticəsində otuzdan çox insan həlak olub, onlarla insan yaralanıb.
Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Lavrov Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla bağlı başsağlığı verib. Rusiyalı nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyə rəhbərliyinə göndərdiyi teleqramda Lavrovun Moskvanın dərhal lazımi yardımı göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.