https://sputnik.az/20230301/roskomnadzor-yeni-mehdudiyyetlerle-elaqeli-9-xarici-messencerin-adini-aciqlayib-452268503.html
"Roskomnadzor" yeni məhdudiyyətlərlə əlaqəli 9 xarici messencerin adını açıqlayıb
"Roskomnadzor" yeni məhdudiyyətlərlə əlaqəli 9 xarici messencerin adını açıqlayıb
Sputnik Azərbaycan
Xidmətin məlumatına görə, bura xüsusən "Telegram", "WhatsApp" və "Viber" daxil olub. 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T13:37+0400
2023-03-01T13:37+0400
2023-03-01T13:37+0400
xarici
rusiya
mesencer
şəxsi məlumatlar
bank hesabı
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435183846_0:161:2675:1666_1920x0_80_0_0_a8ffa922dfed95d24ab350fa696f8e73.jpg
BAKI, 1 mart — Sputnik. Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti ("Roskomnadzor") informasiyanın mühafizəsi haqqında qanunun yeni normaları ilə əlaqəli 9 xarici messencerin adını açıqlayıb. Bura xüsusən "Telegram", "WhatsApp" və "Viber" daxil oub. Bu barədə Federal Xidmət xəbər yayıb. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda yeniliklər martın 1-dən qüvvəyə minib. Rusiya Prezidenti Vladimir Putin dekabrın sonunda 2023-cü il martın 1-dən etibarən dövlət xidmətlərinin göstərilməsi, banklar və dövlət müəssisələri tərəfindən xidmət və malların satışında xarici messencerlərdən istifadəni məhdudlaşdıran qanun imzalayıb.Belə ki, xarici messencerlər vasitəsilə ödəniş sənədlərini, rusiyalıların şəxsi məlumatlarını, banklardakı köçürmələr və əmanətlər haqqında məlumatları göndərmək mümkün olmayacaq.Pul köçürməsini təmin edən sistemlərin xarici messencerlərə qoşulması da qadağan ediləcək. "2023-cü il martın 1-dən etibarən bu cür xidmətlərə aşağıdakılar daxil ola bilər:"Discord", "Microsoft Teams", "Skype for Business", "Snapchat", "Telegram", "Threema", "Viber", "WhatsApp" və "WeChat"", - deyə "Roskomnadzor"dan bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435183846_0:0:2675:2006_1920x0_80_0_0_25837241085d1838782185050fbe78a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xarici, mesencer, şəxsi məlumatlar, bank hesabı
xarici, mesencer, şəxsi məlumatlar, bank hesabı
"Roskomnadzor" yeni məhdudiyyətlərlə əlaqəli 9 xarici messencerin adını açıqlayıb
Xidmətin məlumatına görə, bura xüsusən "Telegram", "WhatsApp" və "Viber" daxil olub.
BAKI, 1 mart — Sputnik. Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti ("Roskomnadzor") informasiyanın mühafizəsi haqqında qanunun yeni normaları ilə əlaqəli 9 xarici messencerin adını açıqlayıb. Bura xüsusən "Telegram", "WhatsApp" və "Viber" daxil oub. Bu barədə Federal Xidmət xəbər yayıb.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda yeniliklər martın 1-dən qüvvəyə minib.
Rusiya Prezidenti Vladimir Putin dekabrın sonunda 2023-cü il martın 1-dən etibarən dövlət xidmətlərinin göstərilməsi, banklar və dövlət müəssisələri tərəfindən xidmət və malların satışında xarici messencerlərdən istifadəni məhdudlaşdıran qanun imzalayıb.
Belə ki, xarici messencerlər vasitəsilə ödəniş sənədlərini, rusiyalıların şəxsi məlumatlarını, banklardakı köçürmələr və əmanətlər haqqında məlumatları göndərmək mümkün olmayacaq.
Pul köçürməsini təmin edən sistemlərin xarici messencerlərə qoşulması da qadağan ediləcək.
"2023-cü il martın 1-dən etibarən bu cür xidmətlərə aşağıdakılar daxil ola bilər:
"Discord", "Microsoft Teams", "Skype for Business", "Snapchat", "Telegram", "Threema", "Viber", "WhatsApp" və "WeChat"", - deyə "Roskomnadzor"dan bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.