Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qiraətçilərin nəzərinə: "Canlı klassika" müsabiqəsi keçiriləcək

© Photo : courtesy of Zamig Huseinovmikrofon
mikrofon - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Abunə olmaq
Yaşı 10-dan 17-yə qədər olan gənc qiraətçilər müsabiqədə iştirak etmək üçün "youngreaders.ru" saytında qeydiyyatdan keçməlidirlər.
BAKI, 1 mart — Sputnik. Azərbaycanda gənc qiraətçilərin "Canlı klassika" müsabiqəsi keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yaydığı məlumata görə, müsabiqə Rusiya Maarif Nazirliyi, "Rossotrudniçestvo" Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil olunur. Layihənin ölkəmizdə kuratoru Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır.
Müsabiqəyə qoşulmağı arzu edən, yaşı 10-dan 17-yə qədər olan hər kəs dəvət olunur, iştirak ödənişsizdir.
Müsabiqə iştirak etmək istəyən şəxslər "youngreaders.ru" saytında qeydiyyatdan keçməli, XVIII-XXI əsrlərin müəlliflərinin yaradıcılığından bir əsər seçib, onu əzbərləməlidirlər. Müsabiqənin bütün mərhələlərində məhz həmin nümunəni ifa etmək lazım olacaq.
"Canlı klassika" – rusiyalı yazıçıların nəsr əsərlərindən nümunələrin ucadan oxunması üzrə yarışma tədbiridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0