https://sputnik.az/20230301/azersu-abseron-yarimadasinda-qenaet-rejimine-kecib-452278537.html
"Azərsu" Abşeron yarımadasında qənaət rejiminə keçib
"Azərsu" Abşeron yarımadasında qənaət rejiminə keçib
Sputnik Azərbaycan
Bakının Xəzər, Pirallahı, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Bağlar massivi, Abşeron, Sumqayıt, Qaradağ rayonunun kənd və qəsəbələrində fasiləsiz su olan bəzi... 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T16:13+0400
2023-03-01T16:13+0400
2023-03-01T16:13+0400
azərsu
paytaxt xəbərləri
su
qənaət
rejim
abşeron
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451803778_0:160:3072:1888_1920x0_80_0_0_6f48727ab4be431c689808b3a5f1b5cd.jpg
BAKI, 1 mart — Sputnik. "Azərsu" ASC Su komitəsinin tapşırığına uyğun olaraq fevral ayının ikinci ongünlüyünün sonundan başlayaraq Abşeron yarımadasında qənaət rejiminə keçib. Bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, bu qənaət rejimi mənbələrdən götürülən suyun azaldılması ilə bağlı əhalinin dayanıqlı su təchizatının aparılması məqsədilə atılıb. Xatırladaq ki, bundan öncə Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Samur çayında su ehtiyatının 2 dəfə azalması, həmçinin, "Taxtakörpü" su anbarında 50 milyon kubmetr ehtiyat qalması onları suyun verilişində qənaət rejimi tətbiq etməyə vadar edir.Onun sözlərinə görə, "Azərsu" ASC-də sudan səmərəli və qənaətlə istifadə edilməsinə, bu sahədə təhlillərin aparılmasına dair xüsusi iclas keçirilib:A.Cəbrayıllı onu da qeyd edib ki, ölkə başçısının sərəncamı ilə Su komissiyası yaradılıb. O, vurğulayıb ki, Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb:"Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib. Bəzi ərazilərdə gecə suyun təzyiqi aşağı salınacaq. Su komissiyasının iclasında qərar qəbul olunub ki, ümumilikdə Ceyranbatan gölündən götürülən suyun həcmi azaldılsın".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451803778_171:0:2902:2048_1920x0_80_0_0_a39c4a99d26c556b78b56449b9e65dc1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərsu, su, qənaət, rejim, abşeron
azərsu, su, qənaət, rejim, abşeron
"Azərsu" Abşeron yarımadasında qənaət rejiminə keçib
Bakının Xəzər, Pirallahı, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Bağlar massivi, Abşeron, Sumqayıt, Qaradağ rayonunun kənd və qəsəbələrində fasiləsiz su olan bəzi ərazilərdə gecə saatlarında, bəzi ərazilərdə isə günün müxtəlif saatlarında suyun verilməsində fasilə yaranır.
BAKI, 1 mart — Sputnik. "Azərsu" ASC Su komitəsinin tapşırığına uyğun olaraq fevral ayının ikinci ongünlüyünün sonundan başlayaraq Abşeron yarımadasında qənaət rejiminə keçib. Bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, bu qənaət rejimi mənbələrdən götürülən suyun azaldılması ilə bağlı əhalinin dayanıqlı su təchizatının aparılması məqsədilə atılıb.
"Xəzər, Pirallahı, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Bağlar massivi, Abşeron, Sumqayıt, Qaradağ rayonunun kənd və qəsəbələrində fasiləsiz su olan bəzi ərazilərdə gecə saatlarında, bəzi ərazilərdə isə günün müxtəlif saatlarında suyun verilməsində fasilə yaranır. Bu da anbarlarda ehtiyatların toplanması ilə bağlıdır. Elə ərazilər var idi ki, biz oranı 14 saat su ilə təmin edirdik, amma indi 8-10 saat təmin edə bilirik. Ən çox da tənzimləmə qrafiki Bakıətrafı ərazilərdə, daha çox həyət evlərində vətəndaşlar tərəfindən fərdi qaydada çəkilmiş primitiv şəbəkələrin üstünlük təşkil etdiyi ərazilərdə tətbiq olunur", - deyə Anar Cəbrayıllı vurğulayıb.
Xatırladaq ki, bundan öncə Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Samur çayında su ehtiyatının 2 dəfə azalması, həmçinin, "Taxtakörpü" su anbarında 50 milyon kubmetr ehtiyat qalması onları suyun verilişində qənaət rejimi tətbiq etməyə vadar edir.
Onun sözlərinə görə, "Azərsu" ASC-də sudan səmərəli və qənaətlə istifadə edilməsinə, bu sahədə təhlillərin aparılmasına dair xüsusi iclas keçirilib:
"İclasdan sonra müvafiq təhlil və araşdırmalar aparılıb. Qərar verilib ki, su itkiləri olan ərazilərdə suyun verilməsi qrafikində dəyişiklik edilsin. Biz bu qrafiki yay aylarında tətbiq edirdik. Amma qərar verilib ki, dəyişiklik fevral ayından olsun. Bakıətrafı bəzi ərazilərdə mərkəzləşmiş şəbəkə yoxdur. Belə ərazilərdə primitiv şəbəkə qurulub. Bu da daha çox su itkisinə səbəb olur. Yaxud mərkəzləşmiş şəbəkəsi olan, amma kanalizasiya sistemi qurulmayan yerlərdə də su itkisi var. Ona görə də belə ərazilərdə suyun verilməsində tənzimləmə olacaq".
A.Cəbrayıllı onu da qeyd edib ki, ölkə başçısının sərəncamı ilə Su komissiyası yaradılıb. O, vurğulayıb ki, Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb:
"Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib. Bəzi ərazilərdə gecə suyun təzyiqi aşağı salınacaq. Su komissiyasının iclasında qərar qəbul olunub ki, ümumilikdə Ceyranbatan gölündən götürülən suyun həcmi azaldılsın".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.