https://sputnik.az/20230301/abs-ukraynanin-kimyevi-evtanaziyasini-planlasdirir-452280215.html
ABŞ Ukraynanın kimyəvi evtanaziyasını planlaşdırır
ABŞ Ukraynanın kimyəvi evtanaziyasını planlaşdırır
Sputnik Azərbaycan
Analitik hesab edir ki, xüsusi əməliyyat zonasında kütləvi qırğın silahlarının istifadə Avropadakı müttəfiqlər və ABŞ əhalisi üçün ağır nəticələrə gətirə... 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T20:27+0400
2023-03-01T20:27+0400
2023-03-01T21:58+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
abş
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452215047_0:160:3071:1887_1920x0_80_0_0_2d0818c0001eb12a9955e53512659957.jpg
BAKI, 1 mart — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin və NATO-nun Ukrayna hərbi əməliyyatlar teatrında məğlubiyyətinin yaxınlaşması amerikalıları nəyin bahasına olursa olsun, hətta Donbasda kütləvi qırğın silahlarından istifadə etməklə Rusiya xüsusi hərbi əməliyyat (XHƏ) gedişatını dəyişmək üçün ümidsiz və ehtiyatsız cəhdlərə sövq edir. Vaşinqton "hegemon"un Rusiyaya qarşı kimyəvi təcavüzünün qeyd-şərtsiz və sərt şəkildə cəzalandırıldığı reallıq hissini itirib. Rusiya Müdafiə Nazirliyi dünən Pentaqona və NATO-ya zəmanətli qisas haqqında xatırladıb. Fevralın 28-də Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov Ukraynaya bir neçə vaqon zəhərli maddələrin, o cümlədən ABŞ istehsalı olan "BZ" (Bi-Zet və ya hinuklidil-3-benzoat - psixokimyəvi zəhərli döyüş maddəsi) kimyəvi silahlarının, eləcə də çoxlu sayda fərdi qoruyucu vasitələrin tədarükü barədə məlumat verib. Vaşinqtonun məqsədi marionet Ukrayna ordusunun arxasında gizlənərək xüsusi əməliyyat zonasında kütləvi qırğın silahlarından istifadə etmək və bu cinayətə görə məsuliyyəti Rusiyanın üzərinə yıxmaqdır. ABŞ-ın Moskvadakı sabiq səfiri Con Sallivan fevralın 22-də açıq şəkildə bəyan edib:Yeri gəlmişkən, "BZ" ABŞ ordusunun Vyetnam müharibəsi zamanı geniş istifadə edilən zəhərli maddəsidir. Bu maddə kəskin psixoza, dezorientasiyaya, hallüsinasiyalara, yaddaş pozğunluğuna səbəb olur. Vaşinqton 1990-cı ildə "BZ" kimyəvi silahlarının tamamilə məhv edildiyini elan edib, lakin əczaçılıq istehsalatı əsasında - ildə onlarla tona qədər miqdarda sintez imkanını saxlayıb. BMT-nin "Kimyəvi silahın qadağan edilməsi və onların məhv edilməsi haqqında" Konvensiyasına əsasən, ABŞ 2023-cü il sentyabrın 30-dək öz ehtiyatlarını tamamilə ləğv etməyi öhdəsinə götürüb. Ukrayna hərbi əməliyyatlar teatrı ABŞ-ın kütləvi qırğın silahlarının məhv edilməsi üçün ən yaxşı seçim deyil. Avropa əvvəllər görünməmiş miqyasda hərbi fəlakətin astanasındadır (hətta Hitler də kimyəvi silahdan istifadə etməyə cəsarət etməyib). Ukrayna Silahlı Qüvvələrinin "kimyəvi" əks-hücumunu təşkil etmək üçün amerikalılar həmçinin Kiyev rejiminə 55 mindən çox fərdi mühafizə dəsti və iprit, lyuizit və sianid turşusu törəmələrindən olan (750 min flakon) çoxlu sayda antidotlar, zarin və zoman (600 min ampula) tipli fosforlu üzvli zəhərli maddələr, qıcolmaya qarşı preparatlar (3 milyon həb) göndəriblər. Görünür, Vaşinqton kinli şəkildə Ukraynanı kimyəvi evtanaziyaya hazırlayır. Bu, xüsusi əməliyyat zonasında kütləvi qırğın silahlarının istifadənin Avropadakı müttəfiqlər və ABŞ əhalisi üçün mümkün ağır nəticələrinə laqeyd yanaşmadır. Ukrayna və NATO Silahlı Qüvvələri üçün ABŞ-ın ruletka oyunu Rusiya Federasiyasının Müdafiə Nazirliyi 2023-cü il fevralın 10-da Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti işğal etdiyi Donbas ərazisinə xarici mütəxəssislərin müşayiəti ilə kimyəvi maddələrlə dolu qatarın gəldiyindən xəbərdardır. Kramatorsk Metallurgiya Zavodunun ərazisində, Ukrayna Təhlükəsizlik Xidməti zabitlərinin və Ukrayna Silahlı Qüvvələri komandanlığı nümayəndələrinin nəzarəti altında 16 möhürlənmiş metal qutu boşaldılıb, onlardan səkkizində kimyəvi təhlükə işarəsi, "BZ" yazısı olub. Elə həmin yerdə, Kramatorskda fevralın 19-da xüsusi işarələri olan 11 vaqon NATO-nun srapnel silah-sursatları boşaldılıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əvvəllər ABŞ quru qoşunlarının maraqları üçün srapnel atışları "modernləşdirilib", yəni zəhərli maye "reseptura" ilə hazırlanan zərərverici elementlərlə doldurulub. ABŞ-ın kimyəvi silahının və ondan qorunma vasitələrinin Ukrayna Silahlı Qüvvələrinə eyni vaxtda tədarükü Donbasda "BZ" hərbi psixotrop zəhərli maddəsindən istifadəyə fəal hazırlıqdan xəbər verir. Kimyəvi silahların qadağan edilməsi haqqında konvensiyasının 1-ci maddəsi ilə onun istifadəsi qadağandır, buna baxmayaraq Pentaqon geniş çeşidli ştat döyüş sursatlardan istifadə edərək müharibədə bir sıra kimyəvi maddələrin tətbiqini qanuniləşdirib. ABŞ müxtəlif ölkələrdə eqoist hərbi-siyasi məqsədlərinə nail olmaq üçün dəfələrlə "yalançı bayraq altında" kimyəvi silahlarla təxribatlardan istifadə edib. 2017-ci ildə ABŞ-ın Suriyanın Şayrat aviabazasına raket hücumu üçün bəhanəyə çevrilən, bu ölkədə adi tənzif sarğılarında zarinin istifadə edildiyi iddia edilən yerdə nümunələr götürən "Ağ dəbilqəlilər"in nümayəndələrini unutmamışıq. Suriyanın Duma şəhərində uşaqların xlorla zəhərləndiyi iddia edilən oxşar təxribat 2018-ci ildə Barz və Camrayda elmi-tədqiqat mərkəzinin məhv edilməsinə səbəb olub. ABŞ dövlət katibi Kolin Pauellin 2003-cü ildə Pentaqon və NATO-nun İraqı işğal etməsinə və nəticədə 500 mindən çox İraq vətəndaşının ölümünə səbəb olan "yuyucu toz" sınaq şüşəsini xatırlayırıq. Bu cinayətlərə görə heç kim məsuliyyətə cəlb edilməyib. Rusiya ərazisində bu cür təcrübələr Vaşinqton və Şimali Amerikanın bütün əhalisi üçün son dərəcə təhlükəlidir. Amerikalılar ümid edirlər ki, hərbi əməliyyatlar şəraitində beynəlxalq ictimaiyyət effektiv araşdırma apara bilməyəcək, əsl təşkilatçılar və icraçılar kölgədə qalacaq və günah Rusiyanın üzərinə atılacaq. Rusiya Müdafiə Nazirliyi dünən marionet Ukrayna ordusunun qərbli sahiblərinə XHƏ zonasında kimyəvi silahdan istifadəyə görə qaçılmaz intiqamla bağlı rəsmi xəbərdarlıq edib:Donbasda ABŞ istehsalı olan kütləvi qırğın silahlarının cəzasız qalacağına ümid etmək ehtiyatsızlıqdır. Rusiya Müdafiə Nazirliyinin XHƏ zonasında yerləşdirilmiş kimya laboratoriyalarının analitik imkanları istifadə olunan kimyəvi maddənin növünü və istehsalçı ölkəsini etibarlı şəkildə müəyyən etməyə imkan verir. Radiasiya, kimyəvi və bioloji vəziyyətini izləmək üçün mobil komplekslər operativ reaksiya üçün kimyəvi təhlükələri vaxtında müəyyənləşdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452215047_171:0:2900:2047_1920x0_80_0_0_f53a634bbc4a0e836b8694eb8ef2e1d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
ukrayna, xüsusi hərbi əməliyyat, abş
ukrayna, xüsusi hərbi əməliyyat, abş
ABŞ Ukraynanın kimyəvi evtanaziyasını planlaşdırır
20:27 01.03.2023 (Yenilənib: 21:58 01.03.2023) Analitik hesab edir ki, xüsusi əməliyyat zonasında kütləvi qırğın silahlarının istifadə Avropadakı müttəfiqlər və ABŞ əhalisi üçün ağır nəticələrə gətirə bilər.
BAKI, 1 mart — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin və NATO-nun Ukrayna hərbi əməliyyatlar teatrında məğlubiyyətinin yaxınlaşması amerikalıları nəyin bahasına olursa olsun, hətta Donbasda kütləvi qırğın silahlarından istifadə etməklə Rusiya xüsusi hərbi əməliyyat (XHƏ) gedişatını dəyişmək üçün ümidsiz və ehtiyatsız cəhdlərə sövq edir. Vaşinqton "hegemon"un Rusiyaya qarşı kimyəvi təcavüzünün qeyd-şərtsiz və sərt şəkildə cəzalandırıldığı reallıq hissini itirib. Rusiya Müdafiə Nazirliyi dünən Pentaqona və NATO-ya zəmanətli qisas haqqında xatırladıb.
Fevralın 28-də Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov Ukraynaya bir neçə vaqon zəhərli maddələrin, o cümlədən ABŞ istehsalı olan "BZ" (Bi-Zet və ya hinuklidil-3-benzoat - psixokimyəvi zəhərli döyüş maddəsi) kimyəvi silahlarının, eləcə də çoxlu sayda fərdi qoruyucu vasitələrin tədarükü barədə məlumat verib. Vaşinqtonun məqsədi marionet Ukrayna ordusunun arxasında gizlənərək xüsusi əməliyyat zonasında kütləvi qırğın silahlarından istifadə etmək və bu cinayətə görə məsuliyyəti Rusiyanın üzərinə yıxmaqdır.
ABŞ-ın Moskvadakı sabiq səfiri Con Sallivan fevralın 22-də açıq şəkildə bəyan edib:
"Rusiya qoşunları xüsusi hərbi əməliyyat zonasında kimyəvi silahlardan istifadə etməyi planlaşdırır".
Yeri gəlmişkən, "BZ" ABŞ ordusunun Vyetnam müharibəsi zamanı geniş istifadə edilən zəhərli maddəsidir. Bu maddə kəskin psixoza, dezorientasiyaya, hallüsinasiyalara, yaddaş pozğunluğuna səbəb olur. Vaşinqton 1990-cı ildə "BZ" kimyəvi silahlarının tamamilə məhv edildiyini elan edib, lakin əczaçılıq istehsalatı əsasında - ildə onlarla tona qədər miqdarda sintez imkanını saxlayıb.
BMT-nin "Kimyəvi silahın qadağan edilməsi və onların məhv edilməsi haqqında" Konvensiyasına əsasən, ABŞ 2023-cü il sentyabrın 30-dək öz ehtiyatlarını tamamilə ləğv etməyi öhdəsinə götürüb. Ukrayna hərbi əməliyyatlar teatrı ABŞ-ın kütləvi qırğın silahlarının məhv edilməsi üçün ən yaxşı seçim deyil. Avropa əvvəllər görünməmiş miqyasda hərbi fəlakətin astanasındadır (hətta Hitler də kimyəvi silahdan istifadə etməyə cəsarət etməyib).
Ukrayna Silahlı Qüvvələrinin "kimyəvi" əks-hücumunu təşkil etmək üçün amerikalılar həmçinin Kiyev rejiminə 55 mindən çox fərdi mühafizə dəsti və iprit, lyuizit və sianid turşusu törəmələrindən olan (750 min flakon) çoxlu sayda antidotlar, zarin və zoman (600 min ampula) tipli fosforlu üzvli zəhərli maddələr, qıcolmaya qarşı preparatlar (3 milyon həb) göndəriblər.
Görünür, Vaşinqton kinli şəkildə Ukraynanı kimyəvi evtanaziyaya hazırlayır. Bu, xüsusi əməliyyat zonasında kütləvi qırğın silahlarının istifadənin Avropadakı müttəfiqlər və ABŞ əhalisi üçün mümkün ağır nəticələrinə laqeyd yanaşmadır.
Ukrayna və NATO Silahlı Qüvvələri üçün ABŞ-ın ruletka oyunu
Rusiya Federasiyasının Müdafiə Nazirliyi 2023-cü il fevralın 10-da Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti işğal etdiyi Donbas ərazisinə xarici mütəxəssislərin müşayiəti ilə kimyəvi maddələrlə dolu qatarın gəldiyindən xəbərdardır. Kramatorsk Metallurgiya Zavodunun ərazisində, Ukrayna Təhlükəsizlik Xidməti zabitlərinin və Ukrayna Silahlı Qüvvələri komandanlığı nümayəndələrinin nəzarəti altında 16 möhürlənmiş metal qutu boşaldılıb, onlardan səkkizində kimyəvi təhlükə işarəsi, "BZ" yazısı olub.
Elə həmin yerdə, Kramatorskda fevralın 19-da xüsusi işarələri olan 11 vaqon NATO-nun srapnel silah-sursatları boşaldılıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əvvəllər ABŞ quru qoşunlarının maraqları üçün srapnel atışları "modernləşdirilib", yəni zəhərli maye "reseptura" ilə hazırlanan zərərverici elementlərlə doldurulub.
ABŞ-ın kimyəvi silahının və ondan qorunma vasitələrinin Ukrayna Silahlı Qüvvələrinə eyni vaxtda tədarükü Donbasda "BZ" hərbi psixotrop zəhərli maddəsindən istifadəyə fəal hazırlıqdan xəbər verir. Kimyəvi silahların qadağan edilməsi haqqında konvensiyasının 1-ci maddəsi ilə onun istifadəsi qadağandır, buna baxmayaraq Pentaqon geniş çeşidli ştat döyüş sursatlardan istifadə edərək müharibədə bir sıra kimyəvi maddələrin tətbiqini qanuniləşdirib. ABŞ müxtəlif ölkələrdə eqoist hərbi-siyasi məqsədlərinə nail olmaq üçün dəfələrlə "yalançı bayraq altında" kimyəvi silahlarla təxribatlardan istifadə edib.
2017-ci ildə ABŞ-ın Suriyanın Şayrat aviabazasına raket hücumu üçün bəhanəyə çevrilən, bu ölkədə adi tənzif sarğılarında zarinin istifadə edildiyi iddia edilən yerdə nümunələr götürən "Ağ dəbilqəlilər"in nümayəndələrini unutmamışıq. Suriyanın Duma şəhərində uşaqların xlorla zəhərləndiyi iddia edilən oxşar təxribat 2018-ci ildə Barz və Camrayda elmi-tədqiqat mərkəzinin məhv edilməsinə səbəb olub.
ABŞ dövlət katibi Kolin Pauellin 2003-cü ildə Pentaqon və NATO-nun İraqı işğal etməsinə və nəticədə 500 mindən çox İraq vətəndaşının ölümünə səbəb olan "yuyucu toz" sınaq şüşəsini xatırlayırıq. Bu cinayətlərə görə heç kim məsuliyyətə cəlb edilməyib.
Rusiya ərazisində bu cür təcrübələr Vaşinqton və Şimali Amerikanın bütün əhalisi üçün son dərəcə təhlükəlidir. Amerikalılar ümid edirlər ki, hərbi əməliyyatlar şəraitində beynəlxalq ictimaiyyət effektiv araşdırma apara bilməyəcək, əsl təşkilatçılar və icraçılar kölgədə qalacaq və günah Rusiyanın üzərinə atılacaq.
Rusiya Müdafiə Nazirliyi dünən marionet Ukrayna ordusunun qərbli sahiblərinə XHƏ zonasında kimyəvi silahdan istifadəyə görə qaçılmaz intiqamla bağlı rəsmi xəbərdarlıq edib:
"Əsl günahkarlar biz tərəfindən müəyyən olunacaq və cəzalandırılacaq".
Donbasda ABŞ istehsalı olan kütləvi qırğın silahlarının cəzasız qalacağına ümid etmək ehtiyatsızlıqdır. Rusiya Müdafiə Nazirliyinin XHƏ zonasında yerləşdirilmiş kimya laboratoriyalarının analitik imkanları istifadə olunan kimyəvi maddənin növünü və istehsalçı ölkəsini etibarlı şəkildə müəyyən etməyə imkan verir. Radiasiya, kimyəvi və bioloji vəziyyətini izləmək üçün mobil komplekslər operativ reaksiya üçün kimyəvi təhlükələri vaxtında müəyyənləşdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.