Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin: Rusiya hökumətinin 2022-ci il üçün hesabatı martın 21-dən 23-dək keçiriləcək

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidVolodin
Volodin - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Abunə olmaq
Rusiya hakimiyyəti 2023-cü ildə yerli aviasiya sənayesinin inkişafına 5 milyard rubl ayırmaq qərarına gəlib.
BAKI, 28 fevral — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Rusiya hökumətinin 2022-ci il üzrə hesabatı martın 21-dən 23-dək keçiriləcək. Onun sözləri Dövlət Dumasının saytında qeyd edilib.
Volodinin sözlərinə görə, o, bu məsələni baş nazir Mixail Mişustinlə müzakirə edib və plenar həftənin martın 21-dən 23-dək əvvəlcədən rezerv edilməsinə qərara verilib.
"Tarixi sonra daha dəqiq qərar verəcəyik", - deyə Dövlət Dumasının sədri deyib.
Bu yaxınlarda bildirilib ki, Rusiyanın baş naziri Mixail Mişustin nazirlərə martın 7-dək Rusiya Prezidenti Vladimir Putinin müraciətinin icrası qaydası ilə bağlı təklifləri Federal Məclisə təqdim etməyi tapşırıb. Dəqiqləşdirilib ki, dövlət başçısı tərəfindən səsləndirilən təşəbbüslərin həyata keçirilməsi ilə bağlı konkret tədbirlərin siyahıları da bu tarixə qədər hazırlanmalıdır.
Həmçinin bildirilib ki, Rusiya hakimiyyəti 2023-cü ildə yerli aviasiya sənayesinin inkişafına 5 milyard rubl ayırmaq qərarına gəlib.
Xəbər lenti
0