https://sputnik.az/20230228/fransiz-general-qerb-tanklarinin-tedaruku-kiyeve-komek-etmeyecek-452246510.html
Fransız general: Qərb tanklarının tədarükü Kiyevə kömək etməyəcək
Fransız general: Qərb tanklarının tədarükü Kiyevə kömək etməyəcək
Sputnik Azərbaycan
PUA və peyklərin geniş miqyasda istifadəsi hazırkı zamanda tank hücumunun hazırlanmasını düşməndən gizli saxlamağı mümkünsüz edib. 28.02.2023, Sputnik Azərbaycan
2023-02-28T23:25+0400
2023-02-28T23:25+0400
2023-02-28T23:25+0400
tank
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e7/01/16/450908183_0:160:3072:1888_1920x0_80_0_0_0b41c0419447954c5de28abb0121bd09.jpg
BAKI, 28 fevral — Sputnik. Qərb ölkələrinin Ukraynaya tank tədarükü onun döyüş əməliyyatlarında uğurunu təmin etməyəcək. Bunu əvvəllər Xarici legiona komandanlıq etmiş fransız general Bruno Dari bildirib. "Le Figaro" üçün yazdığı məqalədə o, qeyd edib ki, Rusiya Silahlı Qüvvələri tank əleyhinə müdafiəni vaxtında gücləndirdiyi üçün iki və ya üç yüz tankın Kiyevə verilməsi təmas xəttində qüvvələr balansında ciddi dəyişikliyə səbəb olmayacaq. Darinin fikrincə, tanklar yalnız döyüş meydanında "tez, qəfil və çoxlu sayda" peyda olduqda üstünlük verir. Lakin PUA və peyklərin geniş miqyasda istifadəsi hazırkı zamanda tank hücumunun hazırlanmasını düşməndən gizli saxlamağı mümkünsüz edib. Nəşrdə qeyd edilir ki, Qərb tanklarının Kiyevə təhvil verilməsi atəşkəs və Ukrayna münaqişəsinin həlli perspektivini yalnız gecikdirəcək. Bundan əvvəl Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Ukraynaya alman "Leopard" tanklarının tədarükü ilə bağlı qərarın münaqişənin yeni eskalasiya səviyyəsinə çatdırılmasına təkan verəcəyini bəyan etmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/16/450908183_171:0:2902:2048_1920x0_80_0_0_86725e057702cb9aaaaea5b9d77bca7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
tank, xüsusi hərbi əməliyyat
tank, xüsusi hərbi əməliyyat
Fransız general: Qərb tanklarının tədarükü Kiyevə kömək etməyəcək
PUA və peyklərin geniş miqyasda istifadəsi hazırkı zamanda tank hücumunun hazırlanmasını düşməndən gizli saxlamağı mümkünsüz edib.
BAKI, 28 fevral — Sputnik. Qərb ölkələrinin Ukraynaya tank tədarükü onun döyüş əməliyyatlarında uğurunu təmin etməyəcək. Bunu əvvəllər Xarici legiona komandanlıq etmiş fransız general Bruno Dari bildirib.
"Le Figaro" üçün yazdığı məqalədə o, qeyd edib ki, Rusiya Silahlı Qüvvələri tank əleyhinə müdafiəni vaxtında gücləndirdiyi üçün iki və ya üç yüz tankın Kiyevə verilməsi təmas xəttində qüvvələr balansında ciddi dəyişikliyə səbəb olmayacaq.
Darinin fikrincə, tanklar yalnız döyüş meydanında "tez, qəfil və çoxlu sayda" peyda olduqda üstünlük verir. Lakin PUA və peyklərin geniş miqyasda istifadəsi hazırkı zamanda tank hücumunun hazırlanmasını düşməndən gizli saxlamağı mümkünsüz edib.
Nəşrdə qeyd edilir ki, Qərb tanklarının Kiyevə təhvil verilməsi atəşkəs və Ukrayna münaqişəsinin həlli perspektivini yalnız gecikdirəcək.
Bundan əvvəl Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Ukraynaya alman "Leopard" tanklarının tədarükü ilə bağlı qərarın münaqişənin yeni eskalasiya səviyyəsinə çatdırılmasına təkan verəcəyini bəyan etmişdi.