Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

DYP paytaxtda nəqliyyat sıxlığı ilə bağlı müraciət edib

DYP  - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Abunə olmaq
Polis mayoru Araz Əsgərli deyib ki, 1-3 martda Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub.
BAKI, 28 fevral — Sputnik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, BDYPİ ölkədə keçiriləcək dövlət əhəmiyyətli tədbirlə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mart ayının 1-dən 3-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini, paytaxt sakinlərindən isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələrini xahiş edir.
"Ümidvarıq ki, ölkəmiz üçün əhəmiyyətli olan tədbirin yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq, mövcud vəziyyəti düzgün qiymətləndirərək polis əməkdaşlarına dəstək nümayiş etdirəcəklər", - müraciətdə deyilir.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, 1-3 martda Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub. O bildirib ki, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşrutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək: "Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə başa çatması üçün paytaxt sakinlərindən və sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Mərkəzə daxil olan nəqliyyat axının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə Lökbatan dairəsindən kənar dairəvi yolla hərəkətə üstünlük verməyi əsasən Zərifə Əliyeyeva, Neftçilər prospekti, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Teymur Elçin, Lermantov, Parlament prospekti, Koroğlu Rəhimov və Yusif Səfərov istiqamətində mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini yükləməməyi xahiş edirik".
Xəbər lenti
0