https://sputnik.az/20230227/rusiya-qosunlari-ukraynanin-radioelektron-kesfiyyat-merkezini-mehv-edibler-452197343.html
Rusiya qoşunları Ukraynanın radioelektron kəşfiyyat mərkəzini məhv ediblər
Rusiya qoşunları Ukraynanın radioelektron kəşfiyyat mərkəzini məhv ediblər
Sputnik Azərbaycan
Müdafiə Nazirliyi həmçinin Rusiya qoşunlarının Xmelnitski yaxınlığında yerləşən Ukraynanın "Qərb" xüsusi əməliyyatlar mərkəzinə də zərbələr endirdiyini... 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T18:15+0400
2023-02-27T18:15+0400
2023-02-27T18:25+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736689_0:176:3015:1872_1920x0_80_0_0_e0719e8f70e53ccfc129960afe913fc6.jpg
BAKI, 27 fevral — Sputnik. Rusiya Silahlı Qüvvələri (RSQ) Kiyev yaxınlığındakı Brovarı rayonunda yerləşən Ukraynanın radioelektron kəşfiyyat mərkəzini məhv ediblər. Bu barədə fevralın 27-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat verib. "Kiyev vilayətinin Brovarı yaşayış məntəqəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin radioelektron kəşfiyyat mərkəzi məhv edilib", - Nazirliyin bəyanatında deyilir. Müdafiə Nazirliyi həmçinin Rusiya qoşunlarının Xmelnitski yaxınlığında yerləşən Ukraynanın "Qərb" xüsusi əməliyyatlar mərkəzinə də zərbələr endirdiyini bildirib. Nazirlik qeyd edib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri ümumilikdə 390 təyyarə, 211 helikopter, 406 zenit-raket kompleksi, 3248 pilotsuz uçuş aparatı (PUA), o cümlədən 8058 tank və digər zirehli döyüş texnikası məhv edilib. Xatırladaq ki, fevralın 25-də Rusiya qoşunları Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələrinin və dəniz piyadalarının müvəqqəti yerləşdirmə məntəqələrini də məhv edib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bu yaxınlarda məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736689_142:0:2873:2048_1920x0_80_0_0_236c4c17e73e16700d74cea4693da6bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna
Rusiya qoşunları Ukraynanın radioelektron kəşfiyyat mərkəzini məhv ediblər
18:15 27.02.2023 (Yenilənib: 18:25 27.02.2023) Müdafiə Nazirliyi həmçinin Rusiya qoşunlarının Xmelnitski yaxınlığında yerləşən Ukraynanın "Qərb" xüsusi əməliyyatlar mərkəzinə də zərbələr endirdiyini bildirib.
BAKI, 27 fevral — Sputnik. Rusiya Silahlı Qüvvələri (RSQ) Kiyev yaxınlığındakı Brovarı rayonunda yerləşən Ukraynanın radioelektron kəşfiyyat mərkəzini məhv ediblər. Bu barədə fevralın 27-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat verib.
"Kiyev vilayətinin Brovarı yaşayış məntəqəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin radioelektron kəşfiyyat mərkəzi məhv edilib", - Nazirliyin bəyanatında deyilir.
Müdafiə Nazirliyi həmçinin Rusiya qoşunlarının Xmelnitski yaxınlığında yerləşən Ukraynanın "Qərb" xüsusi əməliyyatlar mərkəzinə də zərbələr endirdiyini bildirib.
Nazirlik qeyd edib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri ümumilikdə 390 təyyarə, 211 helikopter, 406 zenit-raket kompleksi, 3248 pilotsuz uçuş aparatı (PUA), o cümlədən 8058 tank və digər zirehli döyüş texnikası məhv edilib.
Xatırladaq ki, fevralın 25-də Rusiya qoşunları Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələrinin və dəniz piyadalarının müvəqqəti yerləşdirmə məntəqələrini də məhv edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bu yaxınlarda məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.