https://sputnik.az/20230227/cenubi-qafqazda-rusiyanin-serhedi-yaxinliginda-alovu-daha-da-qizisdirmaq-isteyenler-var-452201581.html
Rusiyanın Cənubi Qafqaz sərhədi yaxınlığında alovu qızışdırmaq istəyənlər var
Rusiyanın Cənubi Qafqaz sərhədi yaxınlığında alovu qızışdırmaq istəyənlər var
Sputnik Azərbaycan
Andrey Klimov qeyd edib ki, Rusiya regionda Cənubi Qafqazın hər bir dövlətinin suverenliyinə hörmətlə yanaşaraq dialoq aparmağa çalışır. 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T18:50+0400
2023-02-27T18:50+0400
2023-02-27T19:19+0400
rusiya
andrey klimov
rusiya federasiya şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini frants klintseviç
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449459947_0:156:3086:1892_1920x0_80_0_0_09cceb5fec0aeb608d93b8455e3dcede.jpg
BAKI, 27 fevral — Sputnik. Xarici oyunçular Rusiya sərhədləri boyunca, o cümlədən, Cənubi Qafqazda daha çox "tonqal" yandırmağa çalışırlar. Bunu Rusiya Federasiyasının dövlət suverenliyinin müdafiəsi üzrə Federasiya Şurası komissiyasının rəhbəri Andrey Klimov bildirib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması peşəkar yanaşma tələb edən ciddi və uzun prosesdir. "Təəssüf ki, ən başlıca məqsədləri Rusiya Federasiyasının sərhədləri ətrafında daha çox "tonqal" yandırmaq olanlar bu prosesə müdaxilə edirlər", - deyə Klimov "Rossiya Seqodnya" media qrupunda keçirdiyi brifinqdə Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyan edib. Federasiya Şurası komissiyasının rəhbəri vurğulayıb ki, Rusiya bu baxımdan nümunəvidir, regionda hər bir dövlətin suverenliyinə hörmətlə dialoq aparmağa çalışır. "Amma problem ondadır ki, dənizlər, okeanlar üzündən orada hadisələrin necə getdiyinə əhəmiyyət verməyənlər, daha çox münaqişələrin olması ilə maraqlananlar orada özünü göstərməyə başlayırlar. Bu, işə mane olur, məncə, Ermənistan xalqına mane olur. Amma nəticəni erməni qonşuların özləri çıxarmalıdır", - deyə deputat bildirib. Ermənistanda müxtəlif ölkələrdən müşahidəçilərin olması məsələsinə münasibət bildirən Klimov qeyd edib ki, bu məsələ ilk növbədə Ermənistan tərəfinə ünvanlanmalıdır. "Bu, onların dövlətidir, onların ərazisində hansı müşahidəçilərin olacağına qərar vermək hüquqları var. Mən bu sualı Yerevana yönləndirərdim", - deyə rus senator izah edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449459947_178:0:2909:2048_1920x0_80_0_0_304102a343c24c8af23506b7ebac6136.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
andrey klimov, rusiya federasiya şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini frants klintseviç
andrey klimov, rusiya federasiya şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini frants klintseviç
Rusiyanın Cənubi Qafqaz sərhədi yaxınlığında alovu qızışdırmaq istəyənlər var
18:50 27.02.2023 (Yenilənib: 19:19 27.02.2023) Andrey Klimov qeyd edib ki, Rusiya regionda Cənubi Qafqazın hər bir dövlətinin suverenliyinə hörmətlə yanaşaraq dialoq aparmağa çalışır.
BAKI, 27 fevral — Sputnik. Xarici oyunçular Rusiya sərhədləri boyunca, o cümlədən, Cənubi Qafqazda daha çox "tonqal" yandırmağa çalışırlar.
Bunu Rusiya Federasiyasının dövlət suverenliyinin müdafiəsi üzrə Federasiya Şurası komissiyasının rəhbəri Andrey Klimov bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması peşəkar yanaşma tələb edən ciddi və uzun prosesdir.
"Təəssüf ki, ən başlıca məqsədləri Rusiya Federasiyasının sərhədləri ətrafında daha çox "tonqal" yandırmaq olanlar bu prosesə müdaxilə edirlər", - deyə Klimov "Rossiya Seqodnya" media qrupunda keçirdiyi brifinqdə Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyan edib.
Federasiya Şurası komissiyasının rəhbəri vurğulayıb ki, Rusiya bu baxımdan nümunəvidir, regionda hər bir dövlətin suverenliyinə hörmətlə dialoq aparmağa çalışır.
"Amma problem ondadır ki, dənizlər, okeanlar üzündən orada hadisələrin necə getdiyinə əhəmiyyət verməyənlər, daha çox münaqişələrin olması ilə maraqlananlar orada özünü göstərməyə başlayırlar. Bu, işə mane olur, məncə, Ermənistan xalqına mane olur. Amma nəticəni erməni qonşuların özləri çıxarmalıdır", - deyə deputat bildirib.
Ermənistanda müxtəlif ölkələrdən müşahidəçilərin olması məsələsinə münasibət bildirən Klimov qeyd edib ki, bu məsələ ilk növbədə Ermənistan tərəfinə ünvanlanmalıdır.
"Bu, onların dövlətidir, onların ərazisində hansı müşahidəçilərin olacağına qərar vermək hüquqları var. Mən bu sualı Yerevana yönləndirərdim", - deyə rus senator izah edib.