https://sputnik.az/20230227/bize-rusiyasiz-dunya-lazim-deyil---dmitri-medvedev-452168375.html
"Bizə Rusiyasız dünya lazım deyil” - Dmitri Medvedev
"Bizə Rusiyasız dünya lazım deyil” - Dmitri Medvedev
Sputnik Azərbaycan
Təhlükəsizlik Şurası sədrinin müavini deyib ki, Rusiyanın düşmənləri Ukraynanı silahlandırır və bununla da Moskva ilə Kiyev arasında mümkün danışıqlara mane... 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T11:40+0400
2023-02-27T11:40+0400
2023-02-27T12:15+0400
rusiya
dmitri medvedev
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813263_0:0:3065:1725_1920x0_80_0_0_0d16c14682d6aa6a314502cb53084a4e.jpg
BAKI, 27 fevral - Sputnik. “Rusiyanın mövcudluğu sual altına düşərsə, o zaman bəşər sivilizasiyasının özünün mövcudluğu da sual altında qalacaq”.Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.“Rusiyanın özünün mövcudluğu məsələsi ciddi şəkildə ortaya çıxsa, bu, Ukrayna cəbhəsində deyil, bütün bəşər sivilizasiyasının gələcək mövcudluğu məsələsi ilə birlikdə həll ediləcək. Burada heç bir qeyri-müəyyənlik olmamalıdır. Bizə Rusiyasız dünya lazım deyil”, – Medvedev deyib.O, əlavə edib ki, Rusiyanın düşmənləri Ukraynanı silahlandırır və bununla da Moskva ilə Kiyev arasında mümkün danışıqlara mane olur."Qərb Rusiyanı SSRİ kimi "dəfn edə" biləcəyi ilə bağlı təhlükəli illüziyaları özündə saxlayır. Tarix göstərir ki, hər hansı bir çökmüş imperiya dünyanın yarısını və ya daha çoxunu öz dağıntılarının altına basdırır" - deyə Medvedev "İzvestiya" üçün yazdığı məqalədə qeyd edib. Onun sözlərinə görə, "Qərbin ağılsızcasına isterikası və Rusiya Federasiyasını parçalamaq üçün sonsuz istəyi" Ukraynadakı xüsusi hərbi əməliyyata səbəb olub. "Rusiyanın düşmənləri neofaşist Kiyev rejimini silahla təmin etməkdə davam edir, danışıqları bərpa etmək üçün istənilən imkanları pozur, qarşısılarına qoyduqları məqsədlərin açıq-aşkar hamı üçün məğlubiyyətə səbəb olacağını anlamaqdan boyun qaçırırlar. Rusiya belə bir ssenariyə imkan verməyəcək", - deyə Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb. O xatırladıb ki, Qərb ölkələri və onların müttəfiqləri dünya əhalisinin cəmi 15 faizini təşkil edir. "Rusiyanın sakit gücü və tərəfdaşlarının nüfuzu bütün dünya üçün gələcəyin qorunmasının açarıdır", - deyə Medvedev sözünü yekunlaşdırıb.Xatırladaq ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Rusiya-ABŞ Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırdığını bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813263_157:0:2886:2047_1920x0_80_0_0_cf9c98cd609176848a6e5f2d895e9946.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri medvedev, ukrayna
"Bizə Rusiyasız dünya lazım deyil” - Dmitri Medvedev
11:40 27.02.2023 (Yenilənib: 12:15 27.02.2023) Təhlükəsizlik Şurası sədrinin müavini deyib ki, Rusiyanın düşmənləri Ukraynanı silahlandırır və bununla da Moskva ilə Kiyev arasında mümkün danışıqlara mane olur.
BAKI, 27 fevral - Sputnik. “Rusiyanın mövcudluğu sual altına düşərsə, o zaman bəşər sivilizasiyasının özünün mövcudluğu da sual altında qalacaq”.
Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
“Rusiyanın özünün mövcudluğu məsələsi ciddi şəkildə ortaya çıxsa, bu, Ukrayna cəbhəsində deyil, bütün bəşər sivilizasiyasının gələcək mövcudluğu məsələsi ilə birlikdə həll ediləcək. Burada heç bir qeyri-müəyyənlik olmamalıdır. Bizə Rusiyasız dünya lazım deyil”, – Medvedev deyib.
O, əlavə edib ki, Rusiyanın düşmənləri Ukraynanı silahlandırır və bununla da Moskva ilə Kiyev arasında mümkün danışıqlara mane olur.
"Qərb Rusiyanı SSRİ kimi "dəfn edə" biləcəyi ilə bağlı təhlükəli illüziyaları özündə saxlayır. Tarix göstərir ki, hər hansı bir çökmüş imperiya dünyanın yarısını və ya daha çoxunu öz dağıntılarının altına basdırır" - deyə Medvedev "İzvestiya" üçün yazdığı məqalədə qeyd edib.
Onun sözlərinə görə, "Qərbin ağılsızcasına isterikası və Rusiya Federasiyasını parçalamaq üçün sonsuz istəyi" Ukraynadakı xüsusi hərbi əməliyyata səbəb olub.
"Rusiyanın düşmənləri neofaşist Kiyev rejimini silahla təmin etməkdə davam edir, danışıqları bərpa etmək üçün istənilən imkanları pozur, qarşısılarına qoyduqları məqsədlərin açıq-aşkar hamı üçün məğlubiyyətə səbəb olacağını anlamaqdan boyun qaçırırlar. Rusiya belə bir ssenariyə imkan verməyəcək", - deyə Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb. O xatırladıb ki, Qərb ölkələri və onların müttəfiqləri dünya əhalisinin cəmi 15 faizini təşkil edir. "Rusiyanın sakit gücü və tərəfdaşlarının nüfuzu bütün dünya üçün gələcəyin qorunmasının açarıdır", - deyə Medvedev sözünü yekunlaşdırıb.
Xatırladaq ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Rusiya-ABŞ Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırdığını bəyan edib.