Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Binəqədidə tank mərmisi aşkarlanıb -VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Binəqədidə tank mərmisi aşkarlanıb
Binəqədidə tank mərmisi aşkarlanıb - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş başlıqlı 125mm-lik 1 ədəd BK71 tank mərmisi olduğu müəyyən edilib
BAKI, 27 fevral — Sputnik. Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş başlıqlı 125mm-lik 1 ədəd BK71 tank mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Xəbər lenti
0