QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşada ASAN xidmətin açılması planlaşdırılır - Ülvi Mehdiyev

© Photo : REPORTÜlvi Mehdiyev
Ülvi Mehdiyev  - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Abunə olmaq
Qurum rəhbəri bildirib ki, azad olunan ərazilərə böyük qayıdış davam edir, dövlətimiz öz gücü hesabına həmin ərazilərdə şəhər və kəndərimizi sıfırdan qurur.
BAKI, 26 fevral - Sputnik. Yaxın vaxtlarda Şuşada ASAN xidmətin açılması planlaşdırılır. Bunu Bakıda Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, hazırda Şuşada inşa edilən ASAN xidmət mərkəzi tamamlanmaq üzrədir.

"Ümumiyyətlə azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də ASAN xidmət mərkəzləri fəaliyyətə başlayacaq", - deyə qurum rəhbəri bilririb.

Onun sözlərinə görə, qısa müddətdə Şuşada ASAN xidmət mərkəzi açılacaq.
"Ondan sonra isə digər rayonlarımızda fəaliyyətə başlayacaq", - deyə Ü.Mehdiyev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0