https://sputnik.az/20230226/rusiya-turkiye-suriya-ve-ran-xn-rehberlerinin-gorusunun-tarixi-deqiqlesdirilir-452133877.html
Rusiya, Türkiyə, Suriya və İran XİN rəhbərlərinin görüşünün tarixi dəqiqləşdirilir
Rusiya, Türkiyə, Suriya və İran XİN rəhbərlərinin görüşünün tarixi dəqiqləşdirilir
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı ilə Moskvada bu yaxınlarda keçirdiyi birgə mətbuat konfransında Rusiya tərəfinin İranın Suriya ilə... 26.02.2023, Sputnik Azərbaycan
2023-02-26T10:16+0400
2023-02-26T10:16+0400
2023-02-26T10:17+0400
rusiya
türkiyə
suriya
xin
rusiya
https://cdnn1.img.sputnik.az/img/41173/98/411739843_0:0:3017:1697_1920x0_80_0_0_4162f0f0531c122b2f87aa1753e6c52a.jpg
BAKI, 26 fevral - Sputnik. Rusiya, Türkiyə, Suriya və İran XİN rəhbərlərinin görüşünün şərtləri və qaydaları artıq işlənib hazırlanır. Bunu Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov TASS-a müsahibəsində bildirib.Boqdanov xatırladıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada misirli həmkarı Sameh Şükri ilə bu yaxınlarda keçirdiyi birgə mətbuat konfransında Rusiyanın Suriya ilə Türkiyə arasında dövlətlərarası münasibətlərin normallaşmasına yardım etmək işində İranın iştirakını dəstəklədiyini bəyan edib.Xatırladaq ki, 2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. Türkiyə mənbələrinin məlumatına görə, tərəflər birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41173/98/411739843_0:0:2677:2008_1920x0_80_0_0_f049ae01658e512f8d33d26a6149f2cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, türkiyə, suriya, xin
rusiya, türkiyə, suriya, xin
Rusiya, Türkiyə, Suriya və İran XİN rəhbərlərinin görüşünün tarixi dəqiqləşdirilir
10:16 26.02.2023 (Yenilənib: 10:17 26.02.2023) Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı ilə Moskvada bu yaxınlarda keçirdiyi birgə mətbuat konfransında Rusiya tərəfinin İranın Suriya ilə Türkiyə arasında dövlətlərarası münasibətlərin normallaşması işində iştirakını dəstəklədiyini açıqlayıb.
BAKI, 26 fevral - Sputnik. Rusiya, Türkiyə, Suriya və İran XİN rəhbərlərinin görüşünün şərtləri və qaydaları artıq işlənib hazırlanır. Bunu Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov TASS-a müsahibəsində bildirib.
"Xarici işlər orqanları rəhbərlərinin dördtərəfli formatda görüşünün təşkili hazırda gündəmdədir. Onun qaydaları və şərtləri üzərində iş aparılır", - deyə nazie müavini bildirib.
Boqdanov xatırladıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada misirli həmkarı Sameh Şükri ilə bu yaxınlarda keçirdiyi birgə mətbuat konfransında Rusiyanın Suriya ilə Türkiyə arasında dövlətlərarası münasibətlərin normallaşmasına yardım etmək işində İranın iştirakını dəstəklədiyini bəyan edib.
“Bu, "Astana Prosesi"nin sübut edilmiş effektivliyi çərçivəsində toplanmış potensialdan istifadə etməyə imkan verərdi”, - deyə Boqdanov qeyd edib.
Xatırladaq ki, 2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. Türkiyə mənbələrinin məlumatına görə, tərəflər birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.