Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

RF ordusu Kiyevə verilən silahlardan asılı olaraq təhlükəni sərhəddən uzaqlaşdıracaq - MN

© SputnikRusiyanın müdafiə naziri Sergey Şoyqu
Rusiyanın müdafiə naziri Sergey Şoyqu - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib ki, Ukraynaya nə qədər uzaqmənzilli Qərb sistemləri gələcəksə, Rusiya da təhlükəni sərhədlərindən bir o qədər uzaqlaşdırmağa məcbur olacaq.
BAKI, 26 fevral - Sputnik. Xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya qoşunlarının Ukrayna ərazisinin dərinliklərinə doğru irəliləməsi, digər məsələlərlə yanaşı, həm də Qərbdən Kiyevə hansı uzaqmənzilli silahların veriləcəyindən asılı olacaq. Bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu "Moskva. Kreml. Putin" proqramı üçün Pavel Zarubinə müsahibəsində deyib.

“Bu, [Qərb tərəfindən Kiyevə] veriləcək silahlardan asılıdır”, - Şoyqu bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də bu günlərdə Federal Məclisə müraciətində sözügedən məsələyə toxunub:

“Ukraynaya nə qədər uzaqmənzilli Qərb sistemləri gələcəksə, biz təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdırmağa məcbur olacağıq”, - deyə Rusiya lideri vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0