Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərbin məqsədi Rusiyanı dağıtmaqdır - Putin

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Abunə olmaq
Rusiya Prezidenti bildirib ki, Qərb Rusiya üzərində nəzarəti bərqərar etmək üçün onu hissələrə bölməyə çalışır.
BAKI, 26 fevral — Sputnik. Qərb Rusiya üzərində nəzarəti bərqərar etmək üçün onu hissələrə bölməyə çalışır. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Onların bir məqsədi var - keçmiş Sovet İttifaqını və onun əsas hissəsi olan Rusiya Federasiyasını dağıtmaq. Sonra bizi sivil xalqlar ailəsi adlandırılan ailəyə qəbul edəcəklər, ancaq ayrı-ayrılıqda, hər bir hissəni ayrıca. Nə üçün? Ona görə ki, bi hissələri öz istəklərinə tabe edəcəklər və onların üzərində nəzarət quracaqlar", - Rusiya Prezidenti "Moskva. Kreml. Putin" proqramı üçün Pavel Zarubinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya SSRİ-nin dağılmasından sonra Qərbin dünyanı sırf özü üçün yenidən nizamlamaq cəhdlərinə cavab verməyə məcburdur. O vurğulayıb ki, əgər Rusiya Federasiyası Qərbin arzuladığı yolla getsə, o zaman rusiyalıların və Rusiyanın bir çox xalqlarının taleyi kəskin şəkildə dəyişə bilər.
"Rusiya xalqı kimi etnik qrupun hazırkı formada yaşaya biləcəyini belə bilmirəm", - Putin bildirib.
O, vurğulayıb ki, bütün bu planlar kağız üzərində təsbit olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0