https://sputnik.az/20230226/putin-ve-erdogan-rusiyadan-enerji-techizatini-muzakire-edibler--452150434.html
Putin və Ərdoğan Rusiyadan enerji təchizatını müzakirə ediblər
Putin və Ərdoğan Rusiyadan enerji təchizatını müzakirə ediblər
Sputnik Azərbaycan
Akkuyu AES Türkiyənin ilk atom elektrik stansiyasıdır. Rusiyanın qabaqcıl reaktorları ilə təchiz olunacaq dörd blokun hamısının istismara verilməsindən sonra... 26.02.2023, Sputnik Azərbaycan
2023-02-26T16:49+0400
2023-02-26T16:49+0400
2023-02-26T16:49+0400
rusiya
türkiyə
aes
rusiya prezidenti vladimir putin
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434703407_0:97:1024:673_1920x0_80_0_0_e31f8733aa1197111734f6e004b20362.jpg
BAKI, 26 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan enerji sektoru, Rusiyanın enerji təchizatı və Akkuyu atom elektrik stansiyasının tikintisi də daxil olmaqla əməkdaşlığı müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.“Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələləri, o cümlədən enerji sektoru da müzakirə edilib. Rusiya enerji daşıyıcılarının gələcək tədarükünün və Akkuyu AES-in tikintisinin praktiki aspektləri əsaslı şəkildə nəzərdən keçirilib", - deyə məlumatda bildirilir.Qeyd edək ki, Rusiyanın iştirakı ilə tikilən Akkuyu AES Türkiyənin ilk atom elektrik stansiyasıdır.Rusiyanın qabaqcıl "VVER-1200" reaktorları ilə təchiz olunacaq dörd blokun hamısının istismara verilməsindən sonra stansiyanın ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi və Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcəyi planlaşdırılır.Bundan əlavə, bu, qlobal nüvə sənayesində “tik-sahib-işlət” modeli üzrə həyata keçirilən ilk layihədir. Onun dəyəri təxminən 20 milyard dollardır.Sözügedən AES nüvə sənayesində bütün müasir beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir.“Akkuyu” AES-in birinci enerji blokunun tikintisi 2018-ci ilin aprelində, ikincisi 2020-ci ilin aprelində, üçüncüsü 2021-ci ilin martında, dördüncüsü isə 2022-ci ilin iyulunda başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434703407_115:0:1024:682_1920x0_80_0_0_a409841a6948ce06c57acc2c86904a7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, türkiyə, aes, rusiya prezidenti vladimir putin, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya, türkiyə, aes, rusiya prezidenti vladimir putin, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Putin və Ərdoğan Rusiyadan enerji təchizatını müzakirə ediblər
Akkuyu AES Türkiyənin ilk atom elektrik stansiyasıdır. Rusiyanın qabaqcıl reaktorları ilə təchiz olunacaq dörd blokun hamısının istismara verilməsindən sonra stansiyanın ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi planlaşdırılır.
BAKI, 26 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan enerji sektoru, Rusiyanın enerji təchizatı və Akkuyu atom elektrik stansiyasının tikintisi də daxil olmaqla əməkdaşlığı müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələləri, o cümlədən enerji sektoru da müzakirə edilib. Rusiya enerji daşıyıcılarının gələcək tədarükünün və Akkuyu AES-in tikintisinin praktiki aspektləri əsaslı şəkildə nəzərdən keçirilib", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiyanın iştirakı ilə tikilən Akkuyu AES Türkiyənin ilk atom elektrik stansiyasıdır.
Rusiyanın qabaqcıl "VVER-1200" reaktorları ilə təchiz olunacaq dörd blokun hamısının istismara verilməsindən sonra stansiyanın ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi və Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcəyi planlaşdırılır.
Bundan əlavə, bu, qlobal nüvə sənayesində “tik-sahib-işlət” modeli üzrə həyata keçirilən ilk layihədir. Onun dəyəri təxminən 20 milyard dollardır.
Sözügedən AES nüvə sənayesində bütün müasir beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir.
“Akkuyu” AES-in birinci enerji blokunun tikintisi 2018-ci ilin aprelində, ikincisi 2020-ci ilin aprelində, üçüncüsü 2021-ci ilin martında, dördüncüsü isə 2022-ci ilin iyulunda başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.