Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Ərdoğan ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər - Kreml

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Abunə olmaq
Rusiya liderinin təbrikində iki ölkənin qarşılıqlı faydalı birgə layihələrinin sistemli şəkildə həyata keçirilməsinə, regional və qlobal gündəmdə olan mühüm məsələlərin həllində səylərin əlaqələndirilməsinə əminlik ifadə olunur.
BAKI, 26 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin saytı məlumat yayıb.
Bildirilir ki, dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

"Telefon danışığı zamanı... ikitərəfli gündəliyin bəzi aktual məsələlərinə toxunulub", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Rusiya lideri Türkiyə prezidentini ad günü münasibətilə təbrik edib.
26 fevral Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. Türkiyə liderinin 69 yaşı tamam olur. Bu münasibətlər Ərdoğana təbrik teleqramı da göndərilib.

“Hörmətli cənab Prezident, əziz dost, doğum gününüz münasibətilə sizi ürəkdən təbrik edirəm. Rusiya ölkələrimiz arasında dostluq münasibətlərinin və konstruktiv əməkdaşlığın möhkəmlənməsinə şəxsi töhfənizi yüksək qiymətləndirir. Əminəm ki, biz qarşılıqlı faydalı birgə layihələri sistemli şəkildə həyata keçirməyə, regional və qlobal gündəmdə olan mühüm məsələlərin həllində səyləri əlaqələndirməyə davam edəcəyik”, - deyə Vladimir Putinin teleqramında bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0