Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Akkuyu AES-in tikintisində xüsusi gecikmələr gözlənilmir - Türkiyəli nazir

© MADE NAGI / POOL / AFPFatih Dönməz
Fatih Dönməz - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Abunə olmaq
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
BAKI, 26 fevral - Sputnik. Türkiyənin cənub-şərqində baş verən zəlzələlərdən sonra Akkuyu atom elektrik stansiyasının tikinti cədvəlində xüsusi gecikmələr gözlənilmir. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
Onun sözlərinə görə, Ankara hələ də işlərin ilin sonuna qədər tamamlanacağını gözləyir.
Xatırladaq ki, bundan əvvəl “Akkuyu Nuklear” şirkəti sözügedən AES-in ərazisində tikinti-quraşdırma işlərinin layihə qrafikinə uyğun davam etdirilməsi və işlərin yüksək tempinin saxlanılması üçün bütün lazımi tədbirlər görüldüyünü bəyan etmişdi.

"İşlərdə ciddi ləngimələr gözləmirik. Gələn həftə mən AES-ə baş çəkmək və işlərlə yerində tanış olmaq niyyətindəyəm. Əvvəlki kimi, ilin sonuna qədər işləri başa çatdırmağı gözləyirik", - deyə Dönməz "A Haber" telekanalına müsahibəsində bildirib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.
Qeyd edək ki, Rusiyanın iştirakı ilə tikilən Akkuyu AES Türkiyənin ilk atom elektrik stansiyasıdır.
Rusiyanın qabaqcıl "VVER-1200" reaktorları ilə təchiz olunacaq dörd blokun hamısının istismara verilməsindən sonra stansiyanın ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi və Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcəyi planlaşdırılır.
Bundan əlavə, bu, qlobal nüvə sənayesində “tik-sahib-işlət” modeli üzrə həyata keçirilən ilk layihədir. Onun dəyəri təxminən 20 milyard dollardır.
Sözügedən AES nüvə sənayesində bütün müasir beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir.
“Akkuyu” AES-in birinci enerji blokunun tikintisi 2018-ci ilin aprelində, ikincisi 2020-ci ilin aprelində, üçüncüsü 2021-ci ilin martında, dördüncüsü isə 2022-ci ilin iyulunda başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0