QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhid jurnalistin öz adını verdiyi Salatının inanılmaz hekayəsi

© Photo : Courtesy of Salatın AkhmedovaSalatın Əhmədova
Salatın Əhmədova - Sputnik Azərbaycan, 1920, 25.02.2023
Abunə olmaq
Salatın Əhmədovaya bu adı isə hələ ölümündən öncə Milli Qəhrəman, şəhid jurnalist Salatın Əsgərova verib
BAKI, 256 fevral — Sputnik. Xocalı faciəsi nəticəsində 63 körpə qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı faciəsinin ən dəhşətli üzünü görən körpələr arasında əsirlik həyatı yaşayanlar da olub.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın adını daşıyan Salatın Əhmədova da Xocalı faciəsinin ağrılarını yaşayanlardan biridir. O, 1991-ci ilin iyununda dünyaya göz açıb. Həmin vaxt artıq vəziyyət gərginləşmişdi, erməni qəsbkarlar Azərbaycan torpaqlarına hücum edir, atəşə tuturdular.
Sputnik Azərbaycan-ın həmsöhbəti olan Salatın Əhmədova ermənilər Xocalıya girən vaxtı "ölüb, bir müddət sonra isə dirilib":
© Photo : Courtesy of Salatın AkhmedovaSalatın Əhmədova
Salatın Əhmədova - Sputnik Azərbaycan, 1920, 25.02.2023
Salatın Əhmədova
"1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücum edən vaxt atam Yelmar Əhmədov Əlif Hacıyevlə birlikdə Xocalının müdafiəsinə qalxmışdı. Atam onda Xocalıda polis işləyirdi. Elə Xocalı hadisələri zamanı da şəhid olub. Xocalı qətliamı baş verəndə mən 8 aylıq olmuşam. Əmim o zaman gəlib artıq ermənilərin kəndə girdiyini bildirib və bizi meşəyə aparıb. Onda nənəmin 70 yaşı olub. Yeriyə bilmədiyindən, qarda donaraq ölüb".
Ana 200 nəfərin həyatını təhlükəyə atmamaq üçün 8 aylıq körpəsini boğur
Salatın Əsgərova deyir ki, anası ac qalmasın deyə ona meşədə qar yedirib:
"Beləcə bir neçə gün meşədə qalmışıq, yeməyə heç nə olmadığı üçün anam meşədə ağzıma qar qoyurmuş. Oradakılardan biri anama deyib ki, ermənilər uşaq səsi gələn yerə güllə atırlar, uşağın səsini kəs. Hamı bir tərəfdən bu sözü deyəndə anam əlini ağzıma qoyub ki, səsim çıxmasın. Beş dəqiqə əlini elə saxlayandan sonra nəfəsim kəsilib. O da məni ölmüş bilib. Anam əvvəl məni kolun dibində qoyub getmək istəyib. Sonra adımı Salatın Əsgərovanın qoyduğunu fikirləşərək məni kolun dibinə qoymaqdan vaz keçib, belinə bağlayaraq özü ilə aparıb. Sonra əsir düşmüşük".
© Photo : Courtesy of Salatın AkhmedovaSalatın Əhmədova
Salatın Əhmədova - Sputnik Azərbaycan, 1920, 25.02.2023
Salatın Əhmədova
Ölü bilinən körpə dirilib?
Salatın bir müddət sonra dirildiyini belə anladıb:
"Əsirlikdə olarkən mən ayılmışam. Anamın yanındakı Mahirə adlı qadın deyib ki, "ay qız, uşağın ayılıb". Anam inanmayıb. Deyib ki, ola bilməz, o meyitdir, çoxdan ölüb. Sonra görüblər ki, mən həqiqətən də dirilmişəm. Anam çox sevinib, övlad qatili olmadığı üçün əyilib torpağı öpüb. Orada Məmməd adlı azərbaycanlı həkim olub. Bələyimi açanda görüb ki, əvvəl donmuş, gömgöy olan uşağın bədəni getdikcə qırmızı rəng almağa başlayır. Anam orada buğdanı əzərək mənə yedirib. Sonra bizi erməni əsirləri ilə dəyişməyə başlayıblar. Anam məni boğduğu, ölüb-dirildiyim üçün sonradan epilepsiya olmuşam, gözlərim çəpləşib. O vaxtdan indiyə qədər nevropatoloq müalicəsi alıram".
Bu faciə Salatının anasının səhhətinə təsirsiz ötüşməyib:
"Anam həmin hadisələrdən sonra ciddi stress, əsəb gərginliyi keçirir. Xocalı faciəsi zamanı anamı don vurub. Deyiblər ki, ayağı dizdən aşağı kəsilməlidir. Ayaqlarında qanqrena başladığından barmağının ucu kəsilir. Sonradan anama xərçəng diaqnozu da qoyulmuşdu. Amma Allah onu bizə bağışladı. İki dəfə zobdan əməliyyat olunub, birinci qrup əlildir. Bizə, demək olar ki, babamla xalam baxıb".
© Photo : Courtesy of Salatın AkhmedovaSalatın Əhmədova
Salatın Əhmədova - Sputnik Azərbaycan, 1920, 25.02.2023
Salatın Əhmədova
Salatın xanım deyir ki, əsirlikdən qayıtdıqdan sonra 3 ay Bakıda müalicə aldığı müddətdə o dövrün prezidenti Heydər Əliyev ona baş çəkir. Onun bütün müalicəsi ilə maraqlanır, dəstək olur.
Salatın Əhmədovaya bu adı isə hələ ölümündən öncə Milli Qəhrəman, şəhid jurnalist Salatın Əsgərova verib:
"Vəziyyətin gərginləşdiyi vaxtda Salatın Əsgərova Şuşaya gəlib. Onu polis olan atam müşayiət edib. O vaxt ermənilər Salatın Əsgərovanın başına pul qoyublar. Atamla oturub yemək yeyəndə soruşub ki, neçə övladın var? Atam deyib ki, iki qızım var, indi də oğlumun olacağını gözləyirik. O vaxt elə biliblər ki, mən oğlanam. Salatın xanım deyib ki, əgər övladın oğlan olsa, adını Ceyhun, qız olsa, Salatın qoyarsan. Bu söhbətin üstündən bir qədər keçir, Salatın Əsgərova şəhid olur. Həmin hadisədən 6 ay sonra isə mən doğulmuşam. Adımı Salatın qoysalar da, bu adı sənəd üzərində rəsmiləşdirmirlər ki, uşağı öldürərlər. Əsirlikdən qayıtdıqdan sonra Bakıda adımı sənədə yazdırırlar".
Qeyd edək ki, Salatın xanım hazırda Bakı Dövlət Universitetində çalışır. Atası polis olduğu üçün dövlət onların ailəsini şəhərdə evlə təmin edib.
© Photo : Courtesy of Salatın AkhmedovaSalatın Əhmədova
Salatın Əhmədova - Sputnik Azərbaycan, 1920, 25.02.2023
Salatın Əhmədova
26 fevral tarixində azərbaycanlıların başına açılan ən böyük faciələrdən biri - Xocalı faciəsinin ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində 613 nəfər həlak olub. Bunlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı soyqırımı nəticəsində 487 nəfər yaralanıb ki, onlardan 76-sı uşaq olub. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. dağıdılıb.
Xəbər lenti
0