https://sputnik.az/20230224/rusiya-abs-in-silah-kimi-istifade-etdiyi-sanksiyalarin-semeresizliyini-subut-etdi-452110910.html
Rusiya ABŞ-ın silah kimi istifadə etdiyi sanksiyaların səmərəsizliyini sübut etdi
Rusiya ABŞ-ın silah kimi istifadə etdiyi sanksiyaların səmərəsizliyini sübut etdi
Sputnik Azərbaycan
Rusiya mühüm bazarları və təchizatçılarını itirməsinə baxmayaraq, Çinlə ticarəti gücləndirib və yeni bazarları inkişaf etdirib. 24.02.2023, Sputnik Azərbaycan
2023-02-24T22:11+0400
2023-02-24T22:11+0400
2023-02-24T22:11+0400
abş
rusiya
ağ ev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438037547_0:184:2987:1864_1920x0_80_0_0_9e230f74ee8da98e561a8b17cea5cbaa.jpg
BAKI, 24 fevral — Sputnik. Ağ Evin nüvə silahının ekvivalenti kimi qiymətləndirdiyi sanksiyalar Rusiya iqtisadiyyatına istənilən zərəri vermədi. Bu barədə "Bloomberg" agentliyi yazır. Qərb müşahidəçiləri hesab edirlər ki, Birləşmiş Ştatlar Qərbin sanksiyalar tətbiq etdiyi ölkələr üzərində, tədricən, təsir qüvvəsini itirir. "İran, Kuba, Suriya, Myanma, Şimali Koreya və Venesuela kimi ölkələr, hazırda isə böyük iqtisadiyyatları və geniş qlobal ticarət şəbəkələri olan Rusiya və Çin belə qənaətə gəliblər ki, sanksiyalar həmişəlik qüvvədə qalacaq. Onlara və onların ləğvinə nail olmağa çalışmaqdansa, ticarəti başqa bazarlara yönəltmək və uyğunlaşmaq daha yaxşıdır", - deyə Fransa xəzinədarlığının keçmiş əməkdaşı Aqata Demare agentliyə müsahibəsində bildirib. "Bloomberg"in məlumatına görə, Rusiya iqtisadiyyatı proqnozlarda qeyd edilənlərdən daha az zərər görüb. 2023-cü ildə isə onun artıma doğru hərəkət edəcəyi gözlənilir. Qeyd olunur ki, Rusiya mühüm bazarları və təchizatçılarını itirməsinə baxmayaraq, Çinlə ticarəti gücləndirib və yeni bazarları inkişaf etdirib. Xatırladaq ki, bu ərəfədə Aİ Rusiya Federasiyasına qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyib. Bu məsələ ilə bağlı danışıqların fevralın 24-də davam etdirilməsi planlaşdırılır. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası daim sanksiya təzyiqi altındadır, lakin o, Qərbin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən sakitcə keçə bilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438037547_129:0:2858:2047_1920x0_80_0_0_c49940a2c9e6bb29b0de81a3bf47fcca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, ağ ev
Rusiya ABŞ-ın silah kimi istifadə etdiyi sanksiyaların səmərəsizliyini sübut etdi
Rusiya mühüm bazarları və təchizatçılarını itirməsinə baxmayaraq, Çinlə ticarəti gücləndirib və yeni bazarları inkişaf etdirib.
BAKI, 24 fevral — Sputnik. Ağ Evin nüvə silahının ekvivalenti kimi qiymətləndirdiyi sanksiyalar Rusiya iqtisadiyyatına istənilən zərəri vermədi.
Bu barədə "Bloomberg" agentliyi yazır.
Qərb müşahidəçiləri hesab edirlər ki, Birləşmiş Ştatlar Qərbin sanksiyalar tətbiq etdiyi ölkələr üzərində, tədricən, təsir qüvvəsini itirir.
"İran, Kuba, Suriya, Myanma, Şimali Koreya və Venesuela kimi ölkələr, hazırda isə böyük iqtisadiyyatları və geniş qlobal ticarət şəbəkələri olan Rusiya və Çin belə qənaətə gəliblər ki, sanksiyalar həmişəlik qüvvədə qalacaq. Onlara və onların ləğvinə nail olmağa çalışmaqdansa, ticarəti başqa bazarlara yönəltmək və uyğunlaşmaq daha yaxşıdır", - deyə Fransa xəzinədarlığının keçmiş əməkdaşı Aqata Demare agentliyə müsahibəsində bildirib.
"Bloomberg"in məlumatına görə, Rusiya iqtisadiyyatı proqnozlarda qeyd edilənlərdən daha az zərər görüb. 2023-cü ildə isə onun artıma doğru hərəkət edəcəyi gözlənilir. Qeyd olunur ki, Rusiya mühüm bazarları və təchizatçılarını itirməsinə baxmayaraq, Çinlə ticarəti gücləndirib və yeni bazarları inkişaf etdirib.
Xatırladaq ki, bu ərəfədə Aİ Rusiya Federasiyasına qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyib. Bu məsələ ilə bağlı danışıqların fevralın 24-də davam etdirilməsi planlaşdırılır.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası daim sanksiya təzyiqi altındadır, lakin o, Qərbin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən sakitcə keçə bilir.