Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Antonov: Rusiyanın əleyhdarları birqütblü dünya nizamından imtina etməyə hazır deyillər

© Sputnik / Илья Питалев / Mediabanka keçidRusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
Hazırda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsasında duran beynəlxalq ünsiyyətin əsas prinsiplərinə məhəl qoymamaq faktları heç kəsi təəccübləndirmir.
BAKI, 24 fevral — Sputnik. Rusiya beynəlxalq problemləri sülh yolu ilə həll etməyə çalışır, lakin opponentlərin müqaviməti ilə üzləşir.
Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
Diplomat izah edib ki, onlar birqütblü dünya düzənindən əl çəkməyə hazır deyillər.
"Zaman rəqiblərimizin ayrılma xətlərinin yaradılmasından imtina etməyi və strateji sabitliyin bərpası işinə başlamağı nəzərdə tutan ayıq düşüncə qabiliyyətini göstərəcək", - deyə "TASS" onun sözlərini sitat gətirib.
Antonov əlavə edib ki, hazırda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsasında duran beynəlxalq ünsiyyətin əsas prinsiplərinə məhəl qoymamaq faktları heç kəsi təəccübləndirmir. Gözlənilməzliyin və qarşıdurmanın artması tendensiyası aşkardır.
O, RF Silahlı Qüvvələrinin ölkənin təhlükəsizliyinin etibarlı təminatçısı olduğunu vurğulayıb. Diplomatın sözlərinə görə, Rusiya hərbçiləri XHƏ-nin məqsəd və vəzifələrini dərk edərək Rusiya sərhədlərində hərbi atəşi söndürürlər.
Qeyd edək ki, Antonov Vətənin Müdafiəçisi Günü münasibətilə keçirilən tədbirdə açıqlama verib.
Xatırladaq ki, BMT Baş Assambleyası Ukraynada "ədalətli sülh prinsipləri" ilə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib. Sənəd ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Latviya və Litva tərəfindən birgə imzalanıb.
Bundan əvvəl Antonov bildirib ki, Vaşinqton Moskvanın postsovet respublikasında törətdiyi cinayətlərə işarə edərək, Ukrayna böhranını qızışdırmaq üçün öz hərəkətlərinə haqq qazandırmağa çalışır.
Xəbər lenti
0