Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna ordusunun itkiləri açıqlanıb

© Sputnik / Mediabanka keçidUkrayna ordusunun məhv edilmiş texnikası
Ukrayna ordusunun məhv edilmiş texnikası - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Abunə olmaq
İki Msta-B haubitsası və bir D-30 haubitsa gün ərzində Xerson istiqamətində gedən əks-batareya döyüşü zamanı məhv edilib.
BAKI, 23 fevral — Sputnik. Kupyansk istiqamətində ordu aviasiyasının zərbələri və "Qərb" qoşun qruplaşmasının artilleriya atəşi Xarkov vilayətinin Kraxmalno, Pesçano, Berestovo və "Luqansk Xalq Respublikası"nın Novoselovsko yaşayış məntəqələri ərazilərində düşmənin canlı qüvvəsinə zərbələr endirib. Bu istiqamətdə düşmən itkiləri 55 hərbçi, iki pikap və bir D-20 haubitsası olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Krasno-Limansk istiqamətində "Mərkəz" qüvvələr qrupunun bölmələrinin fəal hərəkətləri, aviazərbələr, artilleriya atəşi və ağır atəş sistemləri ilə endirilmiş zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikası "Donetsk Xalq Respublikası"nın Yampolovka, "Luqansk Xalq Respublikası"nın Stelmaxovka və Çervonaya Dibrova yaşayış məntəqələri ərazilərində darmadağın edilib. Bu istiqamətdə gün ərzində 85-ə yaxın ukraynalı hərbçi, bir piyada döyüş maşını, iki zirehli döyüş maşını, bir "Qvozdika" özüyeriyən haubitsa və "D-30" haubitsası məhv edilib.
Donetsk istiqamətində Pskov Hərbi Hava Desant Qüvvələrinin bölmələrinin dəstəyi ilə könüllü hücum dəstələrinin hücum hərəkətləri, "Cənub" qüvvələri qrupunun aviazərbələri və artilleriya atəşi nəticəsində 210-dan çox Ukrayna hərbçisi, altı zirehli döyüş maşını, dörd maşın, D-20 haubitsası sıradan çıxarılıb. Bundan əlavə, "Donetsk Xalq Respublikası"nın Avdeevka qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus sursat anbarı da məhv edilib.
Cənubi Donetsk istiqamətində "Vostok" qoşun qruplaşmasının operativ-taktiki aviasiyası və artilleriyası "Donetsk Xalq Respublikası"nın Vodiane, Uqledar, Dobrovolye yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin bölmələrini kompleks atəşə tutub. Bu istiqamətdə düşmən 105 hərbçi, bir tank, iki piyada döyüş maşını, üç zirehli döyüş maşını, həmçinin Msta-B, D-20 və D-30 haubitsalarını itirib. Həmçinin, "Donetsk Xalq Respublikası"nın Razdolno, Boqatır, Uqledar, Razliv, Vodyano yaşayış məntəqələri və Uqlesboroçnaya dəmir yolu stansiyası ərazilərində Ukrayna Silahlı Qüvvələrinə məxsus döyüş sursatları olan 6 anbar məhv edilib.
İki Msta-B haubitsası və bir D-30 haubitsa gün ərzində Xerson istiqamətində gedən əks-batareya döyüşü zamanı məhv edilib.
Raket qoşunları və Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qüvvələri artilleriyası 128 ərazidə atəş mövqelərindəki 97 artilleriya bölməsini, habelə canlı qüvvə və texnikanı darmadağın edib. "Donetsk Xalq Respublikası"nın Krasno qəsəbəsi ərazisində 35D6 alçaq hündürlükdə hava hədəflərini aşkar edən radar stansiyası məhv edilib.
Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi Xerson vilayətinin Kizomıs kəndi ərazisində hava hücumundan müdafiə vasitəsi ilə vurulub. Bundan başqa, gün ərzində Xarkov vilayətinin Jovtnevo, "Luqansk Xalq Respublikası"nın Karmazinovka, Privolye, Rubijne, Pşeniçno, "Donetsk Xalq Respublikası"nın Yeqorovka, Pervomaysk, Novoandreevka və Pşeniçno, Zaporojye vilayətinin Poloqi yaşayış məntəqələri ərazilərində gün ərzində 9 pilotsuz uçuş aparatı məhv edilib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 387 təyyarə, 210 helikopter, 3222 pilotsuz uçuş aparatı, 405 zenit-raket kompleksi, 7994 tank və digər zirehli döyüş texnikası, 1038 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 4189 sahə artilleriya silahı və minaatan, həmçinin 8501 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0