Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya, Türkiyə və Suriya hərbi məsləhətləşmələr üçün ekspert mexanizmi yaradıblar - XİN

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidRusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, arxiv şəkli
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.02.2023
Abunə olmaq
Ankara və Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək üçün Rusiya Federasiyası, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü planlaşdırılıb.
BAKI, 23 fevral — Sputnik. Rusiya Federasiyası, Suriya və Türkiyə ötən il dekabrın sonunda Müdafiə Nazirliyinin xətti ilə keçirilən görüşdə gələcək birgə işi koordinasiya etmək üçün ekspert mexanizmi yaradıblar. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov RİA Novosti-yə müsahibəsində bildirib.
Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasının təşviqi məsələsi ötən ilin yayında Tehranda keçirilən Astana üçlüyünün sammiti zamanı qaldırılmışdı. Dekabrda Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Suriya Ərəb Respublikasının nümayəndələri ilə məsləhətləşmələrə başlamaq təşəbbüsü ilə çıxış edib.
"2022-ci il dekabrın 28-də Moskvada Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri və kəşfiyyat xidmətlərinin rəhbərləri arasında görüş keçirilib, görüş zamanı birgə işin davam etdirilməsi üçün əsas istiqamətlər müəyyən edilib və onun əlaqələndirilməsi üzrə ekspert mexanizmi yaradılıb" - deyə Boqdanov əlavə edib.
Ankara və Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək üçün Rusiya Federasiyası, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü planlaşdırılıb. Yanvarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir görüşün fevralın əvvəlində keçirilə biləcəyini təklif etmişdi. Daha sonra Türkiyə prezidenti bildirib ki, İran Türkiyə, Rusiya və Suriya arasında planlaşdırılan yüksək səviyyəli danışıqlara qoşula bilər.
Hazırda Boqdanovun sözlərinə görə, Rusiya Federasiyası, İran, Türkiyə və Suriya XİN rəhbərlərinin dördtərəfli görüşü üzərində iş gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0