https://sputnik.az/20230223/baki-ile-revan-arasinda-normallasmaya-dair-istenilen-tesebbusu-alqislayiriq---rusiya-xn-452055986.html
Bakı ilə İrəvan arasında normallaşmaya dair istənilən təşəbbüsü alqışlayırıq - Rusiya XİN
Bakı ilə İrəvan arasında normallaşmaya dair istənilən təşəbbüsü alqışlayırıq - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Bakı ilə İrəvan arasında nizamlanma Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər... 23.02.2023, Sputnik Azərbaycan
2023-02-23T10:31+0400
2023-02-23T10:31+0400
2023-02-23T10:31+0400
rusiya
rusiya xin
azərbaycan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452055827_0:106:2855:1711_1920x0_80_0_0_37a6aee1b6ce65d33c816519707470a3.jpg
BAKI, 23 fevral — Sputnik. Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır. Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.Onun sözlərinə görə, əsas odur ki, davam edən vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətə yol verməsin."Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayırıq. Qeyd etdiyim kimi, Bakı ilə İrəvan arasında nizamlanma Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır. Mən nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası, ictimai xadimlər və ekspertlər arasında təmaslar vasitəsilə etimadın yaradılması, sülh müqaviləsinin hazırlanması istiqamətində görülən tədbirləri nəzərdə tuturam. Əsas odur ki, davamlı vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verilməsin, əməkdaşlığa nail olunsun", - deyə o, bildirib. Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışığı zamanı bildirib ki, Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək. Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452055827_29:0:2642:1960_1920x0_80_0_0_2dc5e3cda153d75f231cacf040bed514.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, azərbaycan, ermənistan
rusiya xin, azərbaycan, ermənistan
Bakı ilə İrəvan arasında normallaşmaya dair istənilən təşəbbüsü alqışlayırıq - Rusiya XİN
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Bakı ilə İrəvan arasında nizamlanma Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır.
BAKI, 23 fevral — Sputnik. Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır. Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, əsas odur ki, davam edən vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətə yol verməsin.
"Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayırıq. Qeyd etdiyim kimi, Bakı ilə İrəvan arasında nizamlanma Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır. Mən nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası, ictimai xadimlər və ekspertlər arasında təmaslar vasitəsilə etimadın yaradılması, sülh müqaviləsinin hazırlanması istiqamətində görülən tədbirləri nəzərdə tuturam. Əsas odur ki, davamlı vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verilməsin, əməkdaşlığa nail olunsun", - deyə o, bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışığı zamanı bildirib ki, Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək. Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.