https://sputnik.az/20230222/simal-axinlarindaki-terror-aktinin-arasdirilmasinin-zeruriliyine-diqqet-cekildi--peskov-452041777.html
"Şimal axınlar"ındakı terror aktının araşdırılmasının zəruriliyinə diqqət çəkildi – Peskov
"Şimal axınlar"ındakı terror aktının araşdırılmasının zəruriliyinə diqqət çəkildi – Peskov
Sputnik Azərbaycan
Peskov həmçinin hadisələrin hərtərəfli araşdırılmasının vacibliyini də xatırladıb. 22.02.2023, Sputnik Azərbaycan
2023-02-22T17:30+0400
2023-02-22T17:30+0400
2023-02-22T17:51+0400
şimal
rusiya
"şimal axını-2"
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
partlayış
https://cdnn1.img.sputnik.az/img/42391/13/423911394_0:502:2048:1654_1920x0_80_0_0_62bdd192449ee0ddba46c7c460b77741.jpg
BAKI, 22 fevral — Sputnik. BMT Təhlükəsizlik Şurasında "Şimal axınlar"ındakı terror aktı ilə bağlı müzakirəsindən sonra hadisələrin hərtərəfli araşdırılmasının zəruriliyinə diqqət çəkilib. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov fevralın 22-də jurnalistlərə bildirib. "Bir tərəfdən, terror aktı kimi təsnif edilə bilən və edilməli olan bu təxribatın arxasında kimin dura biləcəyi ilə bağlı araşdırmalarla dəstəklənən şübhələri təsdiqləmək üçün hərtərəfli və şəffaf bir araşdırmanın aparılmasının zəruriliyinə diqqəti cəlb etmək mümkün olub", - deyə Kremlin rəsmi nümayəndəsi deyib. 2023-cü il fevralın 8-də jurnalist Seymur Herş bildirib ki, 2022-ci ilin yayında NATO təlimləri zamanı "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin altına partlayıcı maddələr ABŞ dalğıcları tərəfindən yerləşdirilib. Xatırladaq ki, terror aktı ötən il sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb. Qeyd edək ki, terror aktından zərər çəkmiş boru kəmərlərində aparılan təmir işlərinin dəyəri ən azı 500 milyon dollar qiymətləndirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42391/13/423911394_0:310:2048:1846_1920x0_80_0_0_6735d8aabdee9146c8564bdb427a35d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şimal, "şimal axını-2", dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, partlayış
şimal, "şimal axını-2", dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, partlayış
"Şimal axınlar"ındakı terror aktının araşdırılmasının zəruriliyinə diqqət çəkildi – Peskov
17:30 22.02.2023 (Yenilənib: 17:51 22.02.2023) Peskov həmçinin hadisələrin hərtərəfli araşdırılmasının vacibliyini də xatırladıb.
BAKI, 22 fevral — Sputnik. BMT Təhlükəsizlik Şurasında "Şimal axınlar"ındakı terror aktı ilə bağlı müzakirəsindən sonra hadisələrin hərtərəfli araşdırılmasının zəruriliyinə diqqət çəkilib.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov fevralın 22-də jurnalistlərə bildirib.
"Bir tərəfdən, terror aktı kimi təsnif edilə bilən və edilməli olan bu təxribatın arxasında kimin dura biləcəyi ilə bağlı araşdırmalarla dəstəklənən şübhələri təsdiqləmək üçün hərtərəfli və şəffaf bir araşdırmanın aparılmasının zəruriliyinə diqqəti cəlb etmək mümkün olub", - deyə Kremlin rəsmi nümayəndəsi deyib.
2023-cü il fevralın 8-də jurnalist Seymur Herş bildirib ki, 2022-ci ilin yayında NATO təlimləri zamanı "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin altına partlayıcı maddələr ABŞ dalğıcları tərəfindən yerləşdirilib.
Xatırladaq ki, terror aktı ötən il sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Qeyd edək ki, terror aktından zərər çəkmiş boru kəmərlərində aparılan təmir işlərinin dəyəri ən azı 500 milyon dollar qiymətləndirilir.