https://sputnik.az/20230222/rusiyanin-federasiya-surasi-as-muqavilelerine-xitam-verilmesi-haqqinda-qanunu-tesdiqleyib-452048693.html
Rusiyanın Federasiya Şurası AŞ müqavilələrinə xitam verilməsi haqqında qanunu təsdiqləyib
Rusiyanın Federasiya Şurası AŞ müqavilələrinə xitam verilməsi haqqında qanunu təsdiqləyib
Sputnik Azərbaycan
Sənəd bundan əvvəl Dövlət Duması tərəfindən qəbul edilib. 22.02.2023, Sputnik Azərbaycan
2023-02-22T19:41+0400
2023-02-22T19:41+0400
2023-02-22T19:41+0400
rusiya
rusiya
federasiya şurası
dövlət duması
rusiya federasiyası dövlət duması
avropa şurası
müqavilə
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 22 fevral — Sputnik. Rusiyanın Federasiya Şurası çərşənbə günü keçirilən iclasda Avropa Şurasının Rusiya Federasiyasına münasibətdə beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanunu təsdiqləyib. Bundan əvvəl sənəd Dövlət Duması tərəfindən qəbul edilib. Qanun Avropa Şurasının Nizamnaməsinə, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasına, Terrorçuluğa Qarşı Mübarizə Konvensiyasına aiddir. Sənədə əsasən, Terrorçuluğa qarşı mübarizə haqqında 27 yanvar 1997-ci il tarixli Avropa Konvensiyası, 5 may 1949-cu il tarixli Avropa Şurasının Nizamnaməsi, 2 sentyabr 1949-cu il tarixli Avropa Şurasının imtiyazları və immunitetləri haqqında Baş Saziş və 3 may 1996-cı il tarixli Avropa Sosial Xartiyası (yenidən işlənmiş), həmçinin, ona yaxın protokol qüvvədən düşür. Müşayiət olunan sənədlərdə qeyd olunur ki, Rusiya Federasiyasının Avropa Şurasında üzvlüyünə xitam verilməsi ilə əlaqədar 2022-ci il martın 16-dan etibarən Avropa Şurası ilə müqavilələr Rusiya Federasiyasına münasibətdə ləğv edilmiş hesab edilməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, federasiya şurası, dövlət duması, rusiya federasiyası dövlət duması, avropa şurası, müqavilə
rusiya, federasiya şurası, dövlət duması, rusiya federasiyası dövlət duması, avropa şurası, müqavilə
Rusiyanın Federasiya Şurası AŞ müqavilələrinə xitam verilməsi haqqında qanunu təsdiqləyib
Sənəd bundan əvvəl Dövlət Duması tərəfindən qəbul edilib.
BAKI, 22 fevral — Sputnik. Rusiyanın Federasiya Şurası çərşənbə günü keçirilən iclasda Avropa Şurasının Rusiya Federasiyasına münasibətdə beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanunu təsdiqləyib.
Bundan əvvəl sənəd Dövlət Duması tərəfindən qəbul edilib.
Qanun Avropa Şurasının Nizamnaməsinə, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasına, Terrorçuluğa Qarşı Mübarizə Konvensiyasına aiddir.
Sənədə əsasən, Terrorçuluğa qarşı mübarizə haqqında 27 yanvar 1997-ci il tarixli Avropa Konvensiyası, 5 may 1949-cu il tarixli Avropa Şurasının Nizamnaməsi, 2 sentyabr 1949-cu il tarixli Avropa Şurasının imtiyazları və immunitetləri haqqında Baş Saziş və 3 may 1996-cı il tarixli Avropa Sosial Xartiyası (yenidən işlənmiş), həmçinin, ona yaxın protokol qüvvədən düşür.
Müşayiət olunan sənədlərdə qeyd olunur ki, Rusiya Federasiyasının Avropa Şurasında üzvlüyünə xitam verilməsi ilə əlaqədar 2022-ci il martın 16-dan etibarən Avropa Şurası ilə müqavilələr Rusiya Federasiyasına münasibətdə ləğv edilmiş hesab edilməlidir.