https://sputnik.az/20230222/rusiya-simal-axinindaki-partlayislarla-bagli-abs-dan-aciqlama-gozleyir-452040902.html
Rusiya "Şimal axını"ndakı partlayışlarla bağlı ABŞ-dan açıqlama gözləyir
Rusiya "Şimal axını"ndakı partlayışlarla bağlı ABŞ-dan açıqlama gözləyir
Sputnik Azərbaycan
Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov amerikalı jurnalist Seymur Herşin... 22.02.2023, Sputnik Azərbaycan
2023-02-22T17:15+0400
2023-02-22T17:15+0400
2023-02-22T17:26+0400
şimal
rusiya
"şimal axını-2"
partlayış
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/03/446981703_0:100:3073:1828_1920x0_80_0_0_bf4b387965e1f58bb9718dbc24d48a3e.jpg
BAKI, 22 fevral — Sputnik. Rusiya "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı ABŞ-dan açıqlama gözləyir. Bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib. "Biz, həmçinin, Avropanın enerji təhlükəsizliyinə zərbə vuran "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı ABŞ-dan izahat gözləyirik", - deyə Qavrilov bəyan edib. O, amerikalı jurnalist Seymur Herşin əvvəllər dərc edilmiş araşdırmasına istinad edib ki, bu da "ABŞ hərbçiləri və onların norveçli şəriklərinin sözügedən qaz kəmərlərinin üç qoluna hücum etdiyinə dəlalət edir". "Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması 2022-ci il sentyabrın 26-da Baltik dənizində törədilmiş cinayətlə bağlı təcili beynəlxalq araşdırma aparılması təklifi ilə BMT-yə müraciət qəbul edib. Sizi obyektivliyə mane olmamağa çağırırıq. Məsul şəxslərin müəyyən edilməsi üçün araşdırma aparılır", - deyə Qavrilov əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/03/446981703_79:0:2810:2048_1920x0_80_0_0_06d334194235170538eb3d85d9d5844d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
şimal, "şimal axını-2", partlayış, abş
şimal, "şimal axını-2", partlayış, abş
Rusiya "Şimal axını"ndakı partlayışlarla bağlı ABŞ-dan açıqlama gözləyir
17:15 22.02.2023 (Yenilənib: 17:26 22.02.2023) Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov amerikalı jurnalist Seymur Herşin əvvəllər dərc edilmiş araşdırmasına istinad edib.
BAKI, 22 fevral — Sputnik. Rusiya "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı ABŞ-dan açıqlama gözləyir.
Bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.
"Biz, həmçinin, Avropanın enerji təhlükəsizliyinə zərbə vuran "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı ABŞ-dan izahat gözləyirik", - deyə Qavrilov bəyan edib.
O, amerikalı jurnalist Seymur Herşin əvvəllər dərc edilmiş araşdırmasına istinad edib ki, bu da "ABŞ hərbçiləri və onların norveçli şəriklərinin sözügedən qaz kəmərlərinin üç qoluna hücum etdiyinə dəlalət edir".
"Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması 2022-ci il sentyabrın 26-da Baltik dənizində törədilmiş cinayətlə bağlı təcili beynəlxalq araşdırma aparılması təklifi ilə BMT-yə müraciət qəbul edib. Sizi obyektivliyə mane olmamağa çağırırıq. Məsul şəxslərin müəyyən edilməsi üçün araşdırma aparılır", - deyə Qavrilov əlavə edib.