https://sputnik.az/20230222/qerb-beraberhuquqlu-beynelxalq-tehlukesizlik-sistemini-dagidib---rusiya-xn-452026148.html
Qərb bərabərhüquqlu beynəlxalq təhlükəsizlik sistemini dağıdıb - Rusiya XİN
Qərb bərabərhüquqlu beynəlxalq təhlükəsizlik sistemini dağıdıb - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın strateji hücum silahları müqaviləsində ( SHSM) iştirakının dayandırılmasına beynəlxalq... 22.02.2023, Sputnik Azərbaycan
2023-02-22T11:36+0400
2023-02-22T11:36+0400
2023-02-22T11:37+0400
rusiya xin
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_0:0:3072:1728_1920x0_80_0_0_a9736b3f82d37fe59187bef06ef31827.jpg
BAKI, 22 fevral — Sputnik. Bərabərhüquqlu beynəlxalq təhlükəsizlik sistemini Moskva yox, Qərb məhv edib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın strateji hücum silahları müqaviləsində ( SHSM) iştirakının dayandırılmasına beynəlxalq reaksiyanı şərh edərkən bəyan edib. "Onlar tamamilə şüurlu şəkildə, soyuqqanlılıqla və rüsvayçılıqla dünyada mövcud təhlükəsizlik sistemini məhv etməyə başladılar" – deyə o, "Sputnik" radiosunda Rusiyanın qərarına beynəlxalq reaksiya haqqında danışarkən bildirib. "Nə üçün? Bir sıra sahələrdə bərabərliyi, maraqlar tarazlığını, qarşılıqlılığı nəzərdə tutduğuna görə onlar özlərini alçaldılmış kimi hiss edirdilər, çünki hamı ilə və ya müqavilə münasibətlərində olduqları ilə, xüsusən də bizimlə bərabər tutulurdular, çünki, onlar bizimlə hansısa öhdəlikdə idilər", - deyə Zaxarova əlavə edib. Zaxarovanın sözlərinə görə, "onlar özlərinin eksklüzivlik konsepsiyasında tamamilə ayrıldılar və müvafiq olaraq, kiminsə hüquqlarını müstəsna olanlarla bərabərləşdirən hər şeyi məhv etməli idilər." "İkinci məqam, əlbəttə ki, hər kəsə və hər şeyə nəzarət etmək istəyidir: bu, bütün öhdəliklərdən canını qurtarmaq, hər kəsə nəzarət etmək üçün bir növ ortaq məsuliyyət və onlara nəzarəti nəzərdə tutan bir sistemi məhv etmək cəhdidir... Onlar hesab edirdilər ki, bu, dünyada yeganə güc mərkəzi kimi özlərini təsdiq edə biləcəkləri məqamdır. Bu, alınmadı", - deyə Mariya Zaxarova vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_341:0:3072:2048_1920x0_80_0_0_7812a0c2fb4670b8bbfbf993b9344ee4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya xin, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya xin, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Qərb bərabərhüquqlu beynəlxalq təhlükəsizlik sistemini dağıdıb - Rusiya XİN
11:36 22.02.2023 (Yenilənib: 11:37 22.02.2023) Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın strateji hücum silahları müqaviləsində ( SHSM) iştirakının dayandırılmasına beynəlxalq reaksiyanı şərh edib.
BAKI, 22 fevral — Sputnik. Bərabərhüquqlu beynəlxalq təhlükəsizlik sistemini Moskva yox, Qərb məhv edib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın strateji hücum silahları müqaviləsində ( SHSM) iştirakının dayandırılmasına beynəlxalq reaksiyanı şərh edərkən bəyan edib.
"Onlar tamamilə şüurlu şəkildə, soyuqqanlılıqla və rüsvayçılıqla dünyada mövcud təhlükəsizlik sistemini məhv etməyə başladılar" – deyə o, "Sputnik" radiosunda Rusiyanın qərarına beynəlxalq reaksiya haqqında danışarkən bildirib. "Nə üçün? Bir sıra sahələrdə bərabərliyi, maraqlar tarazlığını, qarşılıqlılığı nəzərdə tutduğuna görə onlar özlərini alçaldılmış kimi hiss edirdilər, çünki hamı ilə və ya müqavilə münasibətlərində olduqları ilə, xüsusən də bizimlə bərabər tutulurdular, çünki, onlar bizimlə hansısa öhdəlikdə idilər", - deyə Zaxarova əlavə edib.
Zaxarovanın sözlərinə görə, "onlar özlərinin eksklüzivlik konsepsiyasında tamamilə ayrıldılar və müvafiq olaraq, kiminsə hüquqlarını müstəsna olanlarla bərabərləşdirən hər şeyi məhv etməli idilər."
"İkinci məqam, əlbəttə ki, hər kəsə və hər şeyə nəzarət etmək istəyidir: bu, bütün öhdəliklərdən canını qurtarmaq, hər kəsə nəzarət etmək üçün bir növ ortaq məsuliyyət və onlara nəzarəti nəzərdə tutan bir sistemi məhv etmək cəhdidir... Onlar hesab edirdilər ki, bu, dünyada yeganə güc mərkəzi kimi özlərini təsdiq edə biləcəkləri məqamdır. Bu, alınmadı", - deyə Mariya Zaxarova vurğulayıb.