Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Ötən il metroda nə qədər sərnişin ölüb?

© Photo : Baku Metro Closed Joint-Stock CompanyGətirilmiş dördüncü yeni qatar da xəttə verilib
Gətirilmiş dördüncü yeni qatar da xəttə verilib - Sputnik Azərbaycan, 1920, 22.02.2023
Abunə olmaq
"Bakı Metropoliteni" və deputat hesab edir ki, metroda sıxlıq olduqda müəyyən xəstəliyi olan şəxslərdə hava çatışmazlığı, ürəkgetmə halları ola bilər. Amma metroya həkim briqadası lazım deyil.
BAKI, 22 fevral — Sputnik. İlin təxminən doqquz ayında - məktəb və ali məktəblərin açıq olduğu vaxtda ictimai nəqliyyatda sıxlıq müşahidə edilir. Müxtəlif ürək xəstəlikləri olan, xüsusən də epilepsiyadan əziyyət çəkənlər arasında dəfələrlə ürəkgetmə halları müşahidə olunub. Belə olan halda mütropoliten əməkdaşları, polislər şəxsə köməklik göstərməyə çalışırlar.
Maraqlıdır, metropolitendə təcili tibbi yardım briqadası olmalıdırmı?
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ ciddi nəzarət altındadır:
"Metropolitendə bu məsələyə xüsusi həssaslıqla yanaşılır, aidiyyəti qurumlarla əməkdaşlıq edilir. Biz Təcili Tibbi Yardım Xidməti ilə mümkün, ən operativ əlaqə üsulundan istifadə edirik. Bu günədək də təcili tibbi yardım briqadasının əraziyə gəlməsində demək olar ki, heç bir problem olmayıb. Əməkdaşlarımız tərəfindən sərnişinlərə ilkin yardım göstərilir, bununla bağlı müntəzəm olaraq işçilərə təlimatlar verilir".
B.Məmmədov qeyd edib ki, ötən il ərzində 4 sərnişin "Bakı Metropoliteni" ərazisində dünyasını dəyişib. Bununla bağlı da, dərhal aidiyyəti üzrə məlumatlar verilib.
Millət vəkili Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında stansiyalarda belə briqadaların fəaliyyət göstərməsinə xüsusi lüzumun olmadığını bildirib:
"Sıxlıq olduğu vaxtda müəyyən xəstəliyi olan şəxslərdə hava çatışmazlığı, ürəkgetmə halları ola bilər. Amma bu o demək deyil ki, metronun hər bir stansiyasında təcili tibbi yardım briqdası olmalıdır. Yəni, bu kimi hallar təkcə metroda deyil, sıxlığın müşahidə olunduğu istənilən yerdə, avtobusda da ola bilər. Biz hər yerə təcili tibbi yardım briqadası qoya bilmərik".
Xəbər lenti
0