Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiyanın iri şirkət rəhbərlərinin Qərbdən asılı olduğu vəziyyət təhlükəlidir

© Sputnik / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 21.02.2023
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, biznes rəhbərlərinin və sahiblərinin Rusiyaya qarşı dost olmayan siyasət aparan hökumətlərdən asılı olması ölkə üçün böyük təhlükə yaradır.
BAKI, 21 fevral — Sputnik. Rusiyanın iri şirkətlərinin rəhbərlərinin Qərbdən asılı olduğu vəziyyət təhlükəlidir və ölkə üçün risklər daşıyır.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin çərşənbə axşamı Federal Məclisə müraciətini oxuyub. Prezident mesajın əvvəlində bildirib ki, bir il əvvəl tarixi torpaqların qorunması və insanların təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi hərbi əməliyyat başlayıb.
"İri Rusiya biznesi strateji müəssisələrin işinə, minlərlə nəfərlik əmək kollektivlərinə cavabdehdir, bir çox bölgələrdə sosial-iqtisadi vəziyyəti müəyyənləşdirir, bu isə o deməkdir ki, belə biznesin rəhbərlərinin və sahiblərinin Rusiyaya qarşı dost olmayan siyasət aparan hökumətlərdən asılı olması bizim üçün böyük təhlükə yaradır. Ölkəmiz üçün təhlükə. Və belə bir vəziyyətə dözmək olmaz", - deyə Putin Federal Məclisə müraciətində bildirib.
 Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 21.02.2023
RUSİYA
Rusiya iqtisadiyyatı Qərbin düşündüyündən daha möhkəm oldu - Putin
Xəbər lenti
0