https://sputnik.az/20230221/peskov-baydenin-ukraynaya-seferinden-danisdi-452009232.html
Peskov Baydenin Ukraynaya səfərindən danışdı
Peskov Baydenin Ukraynaya səfərindən danışdı
Sputnik Azərbaycan
Rusiya prezidentinin sözçüsü bildirib ki, bu, rusofobiyanın konsentrasiyasının və yeni silah tədarükünə qarşılıqlı inamın davamı və gərginliyin yeni yüksəlişi... 21.02.2023, Sputnik Azərbaycan
2023-02-21T19:24+0400
2023-02-21T19:24+0400
2023-02-21T19:24+0400
co bayden
rusiya
peskov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/451986135_0:0:3072:1728_1920x0_80_0_0_782368bc4fa0093d4771327fca8c1dbb.jpg
BAKI, 21 fevral — Sputnik. Rusiya ABŞ prezidenti Co Baydenin Ukraynaya səfərini çox yaxından izləyib və Polşadakı hadisələri izləməyə davam edəcək. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. "Belə hadisələr vacibdir. Təbii ki, biz bunu çox diqqətlə izləyirik, bu gün Polşada nə baş verəcəyini diqqətlə müşahidə edəcəyik. Bu, rusofobiyanın konsentrasiyasının və yeni silah tədarükünə qarşılıqlı inamın davamı və gərginliyin yeni yüksəlişi olacaq", - deyə Peskov "Birinci Kanal"ın efirində bildirib. O, həmçinin qeyd edib ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri Rusiyanın daxili vəziyyətinə heç bir şəkildə təsir edə bilməz. "Düşünmürəm ki, ABŞ prezidentinin hətta Ukraynaya səfəri bizim üçün daxili siyasətimizə təsir edə biləcək qeyri-adi hadisədir. Bizim üçün əsas prioritetlər özümüz və gündəmimizdir", - o deyib.Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Polşada səfərdədir. Varşavada Polşa Prezidenti Anjey Duda və Cozef Bayden arasında görüş olub.Məlumata görə, ABŞ lideri yerli vaxtla saat 16.30-da Ukrayna və Rusiya vətəndaşlarına müraciət edəcək.Bayden fevralın 20-də Ukraynada səfərdə olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/451986135_171:0:2902:2048_1920x0_80_0_0_92d77db53749b3238943ae767efd05c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
co bayden, peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
co bayden, peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Peskov Baydenin Ukraynaya səfərindən danışdı
Rusiya prezidentinin sözçüsü bildirib ki, bu, rusofobiyanın konsentrasiyasının və yeni silah tədarükünə qarşılıqlı inamın davamı və gərginliyin yeni yüksəlişi olacaq.
BAKI, 21 fevral — Sputnik. Rusiya ABŞ prezidenti Co Baydenin Ukraynaya səfərini çox yaxından izləyib və Polşadakı hadisələri izləməyə davam edəcək. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"Belə hadisələr vacibdir. Təbii ki, biz bunu çox diqqətlə izləyirik, bu gün Polşada nə baş verəcəyini diqqətlə müşahidə edəcəyik. Bu, rusofobiyanın konsentrasiyasının və yeni silah tədarükünə qarşılıqlı inamın davamı və gərginliyin yeni yüksəlişi olacaq", - deyə Peskov "Birinci Kanal"ın efirində bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri Rusiyanın daxili vəziyyətinə heç bir şəkildə təsir edə bilməz.
"Düşünmürəm ki, ABŞ prezidentinin hətta Ukraynaya səfəri bizim üçün daxili siyasətimizə təsir edə biləcək qeyri-adi hadisədir. Bizim üçün əsas prioritetlər özümüz və gündəmimizdir", - o deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Polşada səfərdədir. Varşavada Polşa Prezidenti Anjey Duda və Cozef Bayden arasında görüş olub.
Məlumata görə, ABŞ lideri yerli vaxtla saat 16.30-da Ukrayna və Rusiya vətəndaşlarına müraciət edəcək.
Bayden fevralın 20-də Ukraynada səfərdə olub.