https://sputnik.az/20230221/bagisla-allahim-onlar-ne-etdiklerini-bilmirler---putin-452004115.html
Bağışla, Allahım onlar nə etdiklərini bilmirlər - Putin
Bağışla, Allahım onlar nə etdiklərini bilmirlər - Putin
Sputnik Azərbaycan
Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib ki, Qərbdə milyonlarla insan anlayır ki, onları əsl mənəvi fəlakətə aparırlar. 21.02.2023, Sputnik Azərbaycan
2023-02-21T15:14+0400
2023-02-21T15:14+0400
2023-02-21T15:14+0400
rusiya prezidenti vladimir putin
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452003384_0:0:2860:1609_1920x0_80_0_0_c2d800b3db3fccb05475e83784c4c203.jpg
BAKI, 21 fevral — Sputnik. Qərb ölkələri öz dəyərlərini məhv edir, o cümlədən pedofiliyanı norma elan edir. Bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib. "Görün öz xalqları ilə nə edirlər. Ailənin, mədəni və milli kimliyin dağıdılması. Azğınlıqlar, uşaqlara sataşmaq, pedofiliya onların həyat norması elan edilib. Ruhanilər, keşişlər isə eynicinsli nikahlara xeyir-dua verməyə məcburdurlar. Qərb istədiyi kimi yaşaya bilər, lakin dünya dinlərinin müqəddəs kitabları ailə haqqında deyir ki, bu, kişi və qadının birliyidir", - Putin deyib. Onun sözlərinə görə, Qərbdə milyonlarla insan anlayır ki, onları əsl mənəvi fəlakətə aparırlar. "Açığı, elitalar sadəcə dəli olurlar və deyəsən bunun heç bir müalicəsi yoxdur" - Rusiya prezident deyib. "Bəli, Allah onlarladır, qoy nə istəsələr, etsinlər. Mən burada demək istəyirəm: böyüklərin istədikləri kimi yaşamaq hüququ var, biz Rusiyada buna riayət etmişik və həmişə belə davranacağıq. Heç kimin şəxsi həyatına müdaxilə etmirik. Biz bunu etməyəcəyik. Amma mən onlara demək istəyirəm ki, bütün digər dünya dinlərinin əsas kitabları olan Müqəddəs Yazılara baxın, orada hər şey deyilir, o cümlədən ailənin kişi və qadının birliyi olduğu. Amma hətta bu müqəddəs mətnlər də indi sorğu-sual olunur", - deyə dövlət başçısı bildirib. Putin, İngiltərə Kilsəsinin cinsiyyətdən asılı olmayaraq, neytral genderli Allah ideyasını nəzərdən keçirmək planlarından danışarkən, onların nə etdiklərini bilmədiyini söyləyib. "Məlum olduğu kimi, İngiltərə Kilsəsi neytral-genderli Allah ideyasını nəzərdən keçirməyi planlaşdırır. Lakin hələ də planlaşdırır. Nə deyə bilərəm? Bağışla, Allahım onlar nə etdiklərini bilmirlər", - Rusiya lideri bildirib.
https://sputnik.az/20230221/muharibeni-qerb-basladib-rusiya-onu-dayandirmaq-ucun-gucden-istifade-edir---putin-451998271.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452003384_129:0:2860:2048_1920x0_80_0_0_2cd9b408d2afcbb449ac1480527058ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin
rusiya prezidenti vladimir putin
Bağışla, Allahım onlar nə etdiklərini bilmirlər - Putin
Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib ki, Qərbdə milyonlarla insan anlayır ki, onları əsl mənəvi fəlakətə aparırlar.
BAKI, 21 fevral — Sputnik. Qərb ölkələri öz dəyərlərini məhv edir, o cümlədən pedofiliyanı norma elan edir. Bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
"Görün öz xalqları ilə nə edirlər. Ailənin, mədəni və milli kimliyin dağıdılması. Azğınlıqlar, uşaqlara sataşmaq, pedofiliya onların həyat norması elan edilib. Ruhanilər, keşişlər isə eynicinsli nikahlara xeyir-dua verməyə məcburdurlar. Qərb istədiyi kimi yaşaya bilər, lakin dünya dinlərinin müqəddəs kitabları ailə haqqında deyir ki, bu, kişi və qadının birliyidir", - Putin deyib.
Onun sözlərinə görə, Qərbdə milyonlarla insan anlayır ki, onları əsl mənəvi fəlakətə aparırlar.
"Açığı, elitalar sadəcə dəli olurlar və deyəsən bunun heç bir müalicəsi yoxdur" - Rusiya prezident deyib.
"Bəli, Allah onlarladır, qoy nə istəsələr, etsinlər. Mən burada demək istəyirəm: böyüklərin istədikləri kimi yaşamaq hüququ var, biz Rusiyada buna riayət etmişik və həmişə belə davranacağıq. Heç kimin şəxsi həyatına müdaxilə etmirik. Biz bunu etməyəcəyik. Amma mən onlara demək istəyirəm ki, bütün digər dünya dinlərinin əsas kitabları olan Müqəddəs Yazılara baxın, orada hər şey deyilir, o cümlədən ailənin kişi və qadının birliyi olduğu. Amma hətta bu müqəddəs mətnlər də indi sorğu-sual olunur", - deyə dövlət başçısı bildirib.
Putin, İngiltərə Kilsəsinin cinsiyyətdən asılı olmayaraq, neytral genderli Allah ideyasını nəzərdən keçirmək planlarından danışarkən, onların nə etdiklərini bilmədiyini söyləyib.
"Məlum olduğu kimi, İngiltərə Kilsəsi neytral-genderli Allah ideyasını nəzərdən keçirməyi planlaşdırır. Lakin hələ də planlaşdırır. Nə deyə bilərəm? Bağışla, Allahım onlar nə etdiklərini bilmirlər", - Rusiya lideri bildirib.