Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı nazir Dağıstan hökumətinin başçısı ilə görüşüb

© Photo : Ministry of Digital Development and TransportRəşad Nəbiyev Dağıstan Respublikası Hökumətinin sədri ilə görüşüb
Rəşad Nəbiyev Dağıstan Respublikası Hökumətinin sədri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 21.02.2023
Abunə olmaq
Rəsmilərin görüşündə nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub.
BAKI, 21 fevral — Sputnik. Azərbaycana səfər çərçivəsində Rusiya Federasiyası Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib.
Görüşdə dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaların həyata keçirilməsi, nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub.
Bununla yanaşı, sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələri səbəbindən yaranan növbələrin vaxtında və operativ həll üzrə birgə addımların atılmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, fevralın 20-də Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayev ilə Dağıstan Respublikası Hökumətinin sədri, Komissiyanın Dağıstan tərəfindən sədri Abdulmüslüm Abdulmüslümovun görüşü olub.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi qeyd olunub. Vurğulanıb ki, iki ölkənin prezidentlərinin səyləri sayəsində dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Qeyd edilib ki, ötən il dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev ilə Dağıstanın rəhbəri Sergey Melikov arasında keçirilmiş görüşün yekunlarına əsasən birgə layihələr üçün perspektivli istiqamətlər müəyyən edilib.
Xəbər lenti
0