https://sputnik.az/20230221/avtomobillere-qesden-ziyan-vuran-sexs-saxlanildi-451985193.html
Avtomobillərə qəsdən ziyan vuran şəxs saxlanıldı
Avtomobillərə qəsdən ziyan vuran şəxs saxlanıldı
Sputnik Azərbaycan
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Quliyev müəyyən... 21.02.2023, Sputnik Azərbaycan
2023-02-21T11:17+0400
2023-02-21T11:17+0400
2023-02-21T11:17+0400
avtomobil
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/41757/35/417573593_0:43:1921:1123_1920x0_80_0_0_240f8c644465484eb35925aef3b94a24.jpg
BAKI, 21 fevral — Sputnik. Bakıda avtomobillərə qəsdən ziyan vuran şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, fevralın 19-da saat 18 radələrində Nizami rayonunun B.Nuriyev küçəsində "Nissan" markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarının çıxarılaraq yerə atılması, qanadları və qapılarının cızılaraq 2200 manat dəyərində maddi ziyan vurulması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun həmin gün eyni küçədə "Mercedes", "Ford", "Hyundai", və "KİA" markalı daha 5 avtomobilin qapılarını, qanad və mühərrik örtüklərini cızaraq avtomobil sahiblərinə ümumilikdə 1600 manat dəyərində maddi ziyan vurması da müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41757/35/417573593_86:0:1793:1280_1920x0_80_0_0_c1b8b6c8b41bfb0711f4522ba71d0870.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avtomobil
Avtomobillərə qəsdən ziyan vuran şəxs saxlanıldı
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Quliyev müəyyən olunaraq saxlanılıb.
BAKI, 21 fevral — Sputnik. Bakıda avtomobillərə qəsdən ziyan vuran şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, fevralın 19-da saat 18 radələrində Nizami rayonunun B.Nuriyev küçəsində "Nissan" markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarının çıxarılaraq yerə atılması, qanadları və qapılarının cızılaraq 2200 manat dəyərində maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun həmin gün eyni küçədə "Mercedes", "Ford", "Hyundai", və "KİA" markalı daha 5 avtomobilin qapılarını, qanad və mühərrik örtüklərini cızaraq avtomobil sahiblərinə ümumilikdə 1600 manat dəyərində maddi ziyan vurması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.