Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yeni missiyanın mülki xarakter daşıması barədə deyilənlər hiyləgərlikdir - Rusiya XİN

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər kompleksi yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır.
BAKI, 20 fevral - Sputnik. Ermənistandakı yeni missiyanın müstəsna mülki xarakter daşıdığını vurğulayan Avropa İttifaqının (Aİ) nümayəndələri hiyləgərlik edirlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova fevralın 20-də Avropa İttifaqının Ermənistanın sərhədyanı rayonlarında mülki monitorinq missiyasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rəsmi Moskva artıq Aİ Şurasının Ermənistanda Aİ missiyasının yaradılması barədə qərarını şərh edib:
"Bu, Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində baş verir. Buna görə də münasibət də buna müvafiq olmalıdır. Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin bizə müttəfiq olan Ermənistanda hər hansı bir vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə deyil ki, qeydə alırıq. Biz bu cəhdlərdə Zaqafqaziyada münasibətlərin real normallaşması maraqlarından uzaq, müstəsna geosiyasi fon görürük".
Onun sözlərinə görə, hazırda Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir.

"Bakının bu təşəbbüslə bağlı ictimaiyyətdə səsləndirdiyi mənfi qiymətləndirmələrə məhəl qoyulmur. Bundan əlavə, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi çox qeyri-müəyyəndir. Çətin ki, Brüssel bu sahədə uğurları ilə öyünə bilsin", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Vasitəçilik səylərini və Aİ-nin Serbiyanın Kosovo əyalətindəki missiyasını xatırladan Zaxarova Aİ-nin Ermənistanda yeni missiya ilə bağlı qərarını qiymətləndirərkən bunu nəzərə almaq lazım olduğunu vurğulayıb.

"Biz əminik ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər kompleksi yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır. Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən sülhün inkişafı üzrə danışıqlar müqavilə, bölgədəki vəziyyəti yaxşılaşdırmağın ən birbaşa yoludur".

Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası buna hər cür töhfə verməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0