https://sputnik.az/20230220/rusiya-turkiye-ile-herbi-texniki-emekdasligi-inkisaf-etdirir---manturov-451948741.html
Rusiya Türkiyə ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirir - Manturov
Rusiya Türkiyə ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirir - Manturov
Sputnik Azərbaycan
Rusiya Baş nazirinin müavini qeyd edib ki, ölkələr arasında sıx ticarət-iqtisadi əlaqələr mövcuddur, ikitərəfli qarşılıqlı əlaqə bir çox sahələrdə, o cümlədən... 20.02.2023, Sputnik Azərbaycan
2023-02-20T12:37+0400
2023-02-20T12:37+0400
2023-02-20T14:41+0400
türkiyə
rusiya
rusiya
hərbi
texniki
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/41992/99/419929938_0:0:2000:1125_1920x0_80_0_0_a18ef063fce2ff4620fdf34743761a75.jpg
BAKI, 20 fevral — Sputnik. Rusiya və Türkiyə çətin siyasi vəziyyətə baxmayaraq, hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edir. Bunu Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov "İnterfaks"a müsahibəsində S-400-ün yeni partiyasının tədarükü üçün müqavilənin bağlanması imkanını şərh edərkən bildirib. Onun sözlərinə görə, Türkiyə Rusiyanın mühüm tərəfdaşı olaraq qalır. "Dövlətlər arasında sıx ticarət-iqtisadi əlaqələr mövcuddur, ikitərəfli qarşılıqlı əlaqə bir çox sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində inkişaf edir", - deyə Baş nazirin müavini qeyd edib. Bu yaxınlarda Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində S-400 ("Almaz-Antey" Aerokosmik müdafiə konserni" ASC) hava hücumundan müdafiə sistemlərinin dörd divizionunu alıb. "Rosoboroneksport" 2019-cu il oktyabrın 23-də bildirib ki, Rusiya Türkiyəyə S-400 sistemlərinin bütün elementlərini, o cümlədən raketləri tədarük etməklə bu müqavilə üzrə öhdəliklərini vaxtından əvvəl yerinə yetirib. 2020-ci il dekabrın 7-də "Rostec"in rəhbəri Sergey Çemezov Türkiyənin S-400-lərin pulunu ödədiyini bildirib. 2020-ci ilin oktyabr ayının ortalarında Türkiyə öz ərazisində S-400 raketlərini uğurla sınaqdan keçirib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ötən ilin yayın sonunda qeyd edib ki, Türkiyə şübhəsiz ki, Rusiyadan ikinci S-400 partiyasını alacaq. Eyni zamanda, "Rosoboroneksport"in rəhbəri ilin sonuna qədər yeni müqavilənin imzalana biləcəyini bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41992/99/419929938_227:0:2000:1330_1920x0_80_0_0_e459f5f5e0f0d635c7e24f21776f100c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, rusiya, hərbi, texniki, əməkdaşlıq
türkiyə, rusiya, hərbi, texniki, əməkdaşlıq
Rusiya Türkiyə ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirir - Manturov
12:37 20.02.2023 (Yenilənib: 14:41 20.02.2023) Rusiya Baş nazirinin müavini qeyd edib ki, ölkələr arasında sıx ticarət-iqtisadi əlaqələr mövcuddur, ikitərəfli qarşılıqlı əlaqə bir çox sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində inkişaf edir.
BAKI, 20 fevral — Sputnik. Rusiya və Türkiyə çətin siyasi vəziyyətə baxmayaraq, hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edir. Bunu Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov "İnterfaks"a müsahibəsində S-400-ün yeni partiyasının tədarükü üçün müqavilənin bağlanması imkanını şərh edərkən bildirib.
"Çətin siyasi vəziyyət, Rusiyanın tərəfdaşları ilə qarşılıqlı əlaqəsinin bəzi aspektlərinə təsir göstərib, lakin Türkiyə ilə hərbi-texniki əməkdaşlıq iki ölkə prezidentlərinin bu yaxınlarda əldə etdiyi razılaşmalara uyğun olaraq inkişaf edir", - deyə Manturov bildirib.
Onun sözlərinə görə, Türkiyə Rusiyanın mühüm tərəfdaşı olaraq qalır.
"Dövlətlər arasında sıx ticarət-iqtisadi əlaqələr mövcuddur, ikitərəfli qarşılıqlı əlaqə bir çox sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində inkişaf edir", - deyə Baş nazirin müavini qeyd edib.
Bu yaxınlarda Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində S-400 ("Almaz-Antey" Aerokosmik müdafiə konserni" ASC) hava hücumundan müdafiə sistemlərinin dörd divizionunu alıb. "Rosoboroneksport" 2019-cu il oktyabrın 23-də bildirib ki, Rusiya Türkiyəyə S-400 sistemlərinin bütün elementlərini, o cümlədən raketləri tədarük etməklə bu müqavilə üzrə öhdəliklərini vaxtından əvvəl yerinə yetirib. 2020-ci il dekabrın 7-də "Rostec"in rəhbəri Sergey Çemezov Türkiyənin S-400-lərin pulunu ödədiyini bildirib. 2020-ci ilin oktyabr ayının ortalarında Türkiyə öz ərazisində S-400 raketlərini uğurla sınaqdan keçirib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ötən ilin yayın sonunda qeyd edib ki, Türkiyə şübhəsiz ki, Rusiyadan ikinci S-400 partiyasını alacaq. Eyni zamanda, "Rosoboroneksport"in rəhbəri ilin sonuna qədər yeni müqavilənin imzalana biləcəyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.