Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hollandiyanın diplomatlarla bağlı "dost olmayan" qərarına cavab veriləcək - Rusiya XİN

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Qurumun bəyanatında deyilir ki, Amsterdamın Rusiyanın bu ölkədəki ticarət missiyasının fəaliyyətini dayandırmaq qərarı iki ölkə arasında uzun illərdir mövcud olan ticarət-iqtisadi əməkdaşlığın əsaslarının dağılmasına gətirib çıxarır.
BAKI, 20 fevral - Sputnik. "Moskva Hollandiyanın rus diplomatlarının sayını azaltmaq və Rusiya ticarət missiyasını bağlamaq qərarını münasibətləri pozmağa yönəlmiş qeyri-dost addım kimi qiymətləndirir, buna cavab verəcək". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bazar ertəsi yayılan bəyanatında deyilir.
Xatırladaq ki, Hollandiya bundan əvvəl ölkədəki rusiyalı diplomatlarının sayını məhdudlaşdırmaq qərarına gəlmişdi. Qərara əsasən, Rusiya səfirliyinin 10-a yaxın əməkdaşı krallığı tərk etməli idi.
Bundan əlavə, Hollandiya Rusiya Federasiyasının Amsterdamdakı ticarət nümayəndəliyini bağlamaq qərarına gəlib.
“Biz Hollandiya Xarici İşlər Nazirliyinin Rusiyanın Haaqadakı səfirliyinin işçilərinin sayını kökündən azaltmaq və Amsterdamdakı Rusiya ticarət missiyasının fəaliyyətini dayandırmaq qərarını Rusiya-Hollandiya münasibətlərini daha da pozmağa yönəlmiş növbəti qeyri-dost addım kimi qiymətləndiririk”, - deyə Nazirliyin açıqlamasında bildirilir.
Rusiya XİN qeyd edib ki, “2022-ci ilin martında Hollandiyanın təşəbbüsü ilə həyata keçirilən ölkədən çıxarılmalardan təsirlənən” Rusiya Federasiyasının diplomatik nümayəndəliklərinin fəaliyyəti üçün lazımi şəraitin yaradılması məqsədilə təxminən bir il ərzində çətin məsləhətləşmələr aparılıb.
"Ancaq fikir ayrılıqları demək olar ki, tamamilə aradan qaldırıldıqda, Hollandiya, görünür, kənardan gələn təlimatları rəhbər tutaraq, danışıqlar prosesini pozub", - deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, Amsterdamın Rusiyanın bu ölkədəki ticarət missiyasının fəaliyyətini dayandırmaq qərarı iki ölkə arasında uzun illərdir mövcud olan ticarət-iqtisadi əməkdaşlığın əsaslarının dağılmasına gətirib çıxarır:
"Moskva Haaqanın Ukraynadakı vəziyyət kontekstində Rusiya haqqında qeyri-real uydurmalarla öz dağıdıcı hərəkətlərinə haqq qazandırmaq cəhdini qəti şəkildə rədd edir", - deyə şöbədən bildirilib.
“Haaqa başa düşməlidir ki, onsuz da çox problemlərlə yüklənmiş ikitərəfli əlaqələrimiz əsaslı şəkildə yenidən formatlaşdırılacaq. Rusiya-Hollandiya münasibətlərinin korlanmasına görə bütün məsuliyyət Hollandiya tərəfinin üzərinə düşür. Təbii ki, bizim tərəfdən qaçılmaz cavab tədbirləri gələcək”, - deyə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0