https://sputnik.az/20230219/rusiya-bmt-den-simal-axinlarindaki-partlayislarin-arasdirilmasini-teleb-edecek-451932224.html
Rusiya BMT-dən "Şimal axınları"ndakı partlayışların araşdırılmasını tələb edəcək
Rusiya BMT-dən "Şimal axınları"ndakı partlayışların araşdırılmasını tələb edəcək
Sputnik Azərbaycan
Rusiyanın BMT TŞ-nin “Şimal axını”ndakı təxribatın araşdırılması ilə bağlı təqdim etdiyi qətnamə layihəsində baş katibə araşdırma aparmaq üçün müstəqil... 19.02.2023, Sputnik Azərbaycan
2023-02-19T21:27+0400
2023-02-19T21:27+0400
2023-02-19T21:27+0400
bmt
rusiya
bmt tş
bmt tş-nın iclası
vasili nebenzya
"şimal axını-2"
partlayış
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1208_1920x0_80_0_0_d70294743aa48e506e7db197ab644e92.jpg
BAKI, 19 fevral — Sputnik. Rusiya tərəfi “Şimal axını”ndakı təxribatı araşdırmaq üçün BMT-nin müvafiq strukturlarına müraciət edəcək. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “Rossiya-1” telekanalının “Vesti Nedeli” verilişi üçün reportajında bildirib. “Biz istəyirik və təbii ki, çalışacağıq ki, əgər o, artıq milli səviyyədə aparılmırsa, bu məsələ ilə bağlı araşdırma aparılsın, çünki orada baş verənlər, əlbəttə ki, araşdırma deyil, təqliddir və biz BMT-nin müvafiq strukturlarından xahiş edəcəyik ki, bununla məşğul olsunlar”, - deyə diplomat bildirib. Rusiya cümə günü BMT Təhlükəsizlik Şurasının “Şimal axını”nda təxribatın araşdırılması ilə bağlı qətnamə layihəsini təqdim edib. Layihədə baş katibə araşdırma aparmaq üçün müstəqil beynəlxalq hüquqşünaslar komissiyasının yaradılması təklif edilir. Qeyd edək ki, fevralın 8-də araşdırma jurnalistikası üzrə ixtisaslaşmış amerikalı jurnalist Seymur Herş bir mənbəyə istinadən məqaləsində qeyd edib ki, Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərləri altında partlayıcı qurğular 2022-ci ilin iyununda “Baltops” təlimləri bəhanəsi ilə norveçli mütəxəssislər tərəfindən dəstəklənən ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən yerləşdirilib. Herşin sözlərinə görə, əməliyyatın keçirilməsi barədə qərar ABŞ Prezidenti Co Bayden tərəfindən milli təhlükəsizlik məsələləri ilə məşğul olan administrasiya rəsmiləri ilə 9 aylıq müzakirələrdən sonra verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1610_1920x0_80_0_0_3aaf8b468609074205b24c31bcde9a12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bmt, bmt tş, bmt tş-nın iclası, vasili nebenzya, "şimal axını-2", partlayış
bmt, bmt tş, bmt tş-nın iclası, vasili nebenzya, "şimal axını-2", partlayış
Rusiya BMT-dən "Şimal axınları"ndakı partlayışların araşdırılmasını tələb edəcək
Rusiyanın BMT TŞ-nin “Şimal axını”ndakı təxribatın araşdırılması ilə bağlı təqdim etdiyi qətnamə layihəsində baş katibə araşdırma aparmaq üçün müstəqil beynəlxalq hüquqşünaslar komissiyasının yaradılması təklif edilir.
BAKI, 19 fevral — Sputnik. Rusiya tərəfi “Şimal axını”ndakı təxribatı araşdırmaq üçün BMT-nin müvafiq strukturlarına müraciət edəcək.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “Rossiya-1” telekanalının “Vesti Nedeli” verilişi üçün reportajında bildirib.
“Biz istəyirik və təbii ki, çalışacağıq ki, əgər o, artıq milli səviyyədə aparılmırsa, bu məsələ ilə bağlı araşdırma aparılsın, çünki orada baş verənlər, əlbəttə ki, araşdırma deyil, təqliddir və biz BMT-nin müvafiq strukturlarından xahiş edəcəyik ki, bununla məşğul olsunlar”, - deyə diplomat bildirib.
Rusiya cümə günü BMT Təhlükəsizlik Şurasının “Şimal axını”nda təxribatın araşdırılması ilə bağlı qətnamə layihəsini təqdim edib. Layihədə baş katibə araşdırma aparmaq üçün müstəqil beynəlxalq hüquqşünaslar komissiyasının yaradılması təklif edilir.
Qeyd edək ki, fevralın 8-də araşdırma jurnalistikası üzrə ixtisaslaşmış amerikalı jurnalist Seymur Herş bir mənbəyə istinadən məqaləsində qeyd edib ki, Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərləri altında partlayıcı qurğular 2022-ci ilin iyununda “Baltops” təlimləri bəhanəsi ilə norveçli mütəxəssislər tərəfindən dəstəklənən ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən yerləşdirilib. Herşin sözlərinə görə, əməliyyatın keçirilməsi barədə qərar ABŞ Prezidenti Co Bayden tərəfindən milli təhlükəsizlik məsələləri ilə məşğul olan administrasiya rəsmiləri ilə 9 aylıq müzakirələrdən sonra verilib.