https://sputnik.az/20230219/nulandin-sozleri-abs-in-dunyadaki-gerginliyin-esas-texribatcisi-oldugunu-gosterir--peskov-451924593.html
Nulandın sözləri ABŞ-ın dünyadakı gərginliyin əsas təxribatçısı olduğunu göstərir – Peskov
Nulandın sözləri ABŞ-ın dünyadakı gərginliyin əsas təxribatçısı olduğunu göstərir – Peskov
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bəyanatları barədə fikir bildirib. 19.02.2023, Sputnik Azərbaycan
2023-02-19T15:23+0400
2023-02-19T15:23+0400
2023-02-19T15:40+0400
rusiya
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
viktoriya nuland
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450549494_0:26:3072:1754_1920x0_80_0_0_453f13eac4d6bca0899b4df078a50e24.jpg
BAKI, 19 fevral — Sputnik. ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bəyanatları Vaşinqtonun beynəlxalq gərginliyin əsas təxribatçısı rolunu bir daha vurğulayır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva.Kreml.Putin.” proqramına müsahibəsində deyib. Bundan əvvəl Nuland bildirib ki, Vaşinqton Ukraynanın Krımdakı hərbi obyektlərə zərbələr endirməsini dəstəkləyir və onları “qanuni hədəflər” adlandırır. "Xanım Nuland Amerika siyasətinin ən aqressiv "şahinlərinin" çox böyük düşərgəsinə aiddir. Bu, bizə yaxşı məlum olan nöqteyi-nəzərdir və bizim fikir ayrılıqlarımızın dərinliyini bir daha təsdiq edir. O, yəqin ki, ABŞ-ın beynəlxalq gərginliyin əsas təxribatçısı rolunu oynadığını bir daha vurğulayır",- deyə Peskov bu bəyanatları şərh edərkən bildirib. Xatırladaq ki, müsahibədən bir parçanı verilişin aparıcısı Pavel Zarubin öz “Telegram” kanalında dərc edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450549494_341:0:3072:2048_1920x0_80_0_0_632c8165c30df6c8a8635f540f0e6eba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, viktoriya nuland
dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, viktoriya nuland
Nulandın sözləri ABŞ-ın dünyadakı gərginliyin əsas təxribatçısı olduğunu göstərir – Peskov
15:23 19.02.2023 (Yenilənib: 15:40 19.02.2023) Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bəyanatları barədə fikir bildirib.
BAKI, 19 fevral — Sputnik. ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bəyanatları Vaşinqtonun beynəlxalq gərginliyin əsas təxribatçısı rolunu bir daha vurğulayır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva.Kreml.Putin.” proqramına müsahibəsində deyib.
Bundan əvvəl Nuland bildirib ki, Vaşinqton Ukraynanın Krımdakı hərbi obyektlərə zərbələr endirməsini dəstəkləyir və onları “qanuni hədəflər” adlandırır.
"Xanım Nuland Amerika siyasətinin ən aqressiv "şahinlərinin" çox böyük düşərgəsinə aiddir. Bu, bizə yaxşı məlum olan nöqteyi-nəzərdir və bizim fikir ayrılıqlarımızın dərinliyini bir daha təsdiq edir. O, yəqin ki, ABŞ-ın beynəlxalq gərginliyin əsas təxribatçısı rolunu oynadığını bir daha vurğulayır",- deyə Peskov bu bəyanatları şərh edərkən bildirib.
Xatırladaq ki, müsahibədən bir parçanı verilişin aparıcısı Pavel Zarubin öz “Telegram” kanalında dərc edib.