Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda kənd təsərrüfatı yarmarkası keçirilir

© Sputnik / Murad OrujovYarmarka: “Kənddən Şəhərə”
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan, 1920, 19.02.2023
Abunə olmaq
Məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
BAKI, 19 fevral - Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçirilir.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, yarmarkaların təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Həftəsonu yarmarkalarında 56 regiondan 70-dən çox fermer iştirak edir. Fermerlər 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxarıblar.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunublar. Həmçinin, məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınır.
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda keçirilir:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı).
Yarmarka sabah da keçiriləcək.
Xəbər lenti
0