QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Saleh Məmmədov: "Şuşaya çəkilən sürət yolu pullu olacaq"

© Photo : Azerbaijan Highway State AgencyƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viaduklar belə inşa edilir
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viaduklar belə inşa edilir - Sputnik Azərbaycan, 1920, 18.02.2023
Abunə olmaq
O bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa sürət yolu Şuşaya çəkilən Zəfər yolundan 20 km qısadır. 81,2 km olan yol hər tərəfdən çəpərlənəcək.
BAKI, 18 fevral - Sputnik. "Şuşaya çəkilən sürət yolu pullu olacaq".
Bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa sürət yolu Şuşaya çəkilən Zəfər yolundan 20 km qısadır. 81,2 km olan yol hər tərəfdən çəpərlənəcək: "Həmin yol pullu olacaq. Xarici turistlərin gələcəkdə Şuşaya axını güclü olacaq. Ona görə də bu yolu ödənişli edəcəyik ki, yoldan yığılan vəsait onun saxlanmasına istifadə olunsun".
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılmış və avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Yolun texniki göstəriciləri:
Yolun uzunluğu - 81.6 km;
Yolun texniki dərəcəsi - I;
Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;
Hərəkət zolağının eni - 3.5 m;
Torpaq yatağının eni - 21.5-29.5 m;
Hərəkəti hissəsinin eni - 14-21 m;
Yol çiyinlərinin eni - 3.75 m x 2.
Xəbər lenti
0