QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qubadlı-Eyvazlı avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı

© Photo : Azerbaijan Highway State AgencyFüzuli-Ağdam avtomobil yolunun inşası sürətlə davam edir
Füzuli-Ağdam avtomobil yolunun inşası sürətlə davam edir - Sputnik Azərbaycan, 1920, 18.02.2023
Abunə olmaq
Saleh Məmmədov bildirib ki, artıq yolun torpaq işlərinin 90 faizi hazırdır.
BAKI, 18 fevral - Sputnik. "Azad olunmuş ərazilərdə inşa edilən Qubadlı-Eyvazlı avtomobil yolunun torpaqlama işləri başa çatıb".
Bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, artıq yolun torpaq işlərinin 90 faizi hazırdır: "Bu yol vasitəsilə biz, həmçinin, Gorus-Sisyan yoluna çıxış əldə edirik. Bu da Şərqi Zəngəzura ikinci çıxışımız olacaq. Yol bu ilin may-iyun aylarında hazır olacaq və istifadəyə veriləcək".
Qubadlı-Eyvazlı avtomobil yolu
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Qubadlı-Eyvazlı avtomobil yoludur.
IV texniki dərəcəli avtomobil yolunun uzunluğu 28.5 km-dir. Yolun 8 km-lik hissəsində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri artıq başa çatıb.
Qeyd edək ki, Qubadlı-Eyvazlı avtomobil yolu işğaldan azad edilmiş Qubadlı şəhəri daxil olmaqla, Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.
Xəbər lenti
0