Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İslam Akademiyası Rusiyada gənclərin vətənpərvərlik tərbiyəsinə dair layihə təqdim edib

© Sputnik / Евгений Биятов / Mediabanka keçidMoskva Katedral Məscidində Ramazan bayramı, arxiv şəkli
Moskva Katedral Məscidində Ramazan bayramı, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Abunə olmaq
BAKI, 17 fevral - Sputnik. Tatarstanda yerləşən Bolqar İslam Akademiyası (BİA) gənclərin vətənpərvərlik tərbiyəsinə həsr olunmuş “Gənclərin vətənpərvərlik tərbiyəsində İslam əxlaqının normaları” layihəsi təşəbbüsü ilə çıxış edib. Bu barədə RİA Novosti-yə BİA-nın ilahiyyat kafedrasının dosenti Natalya Sedıx cümə günü bildirib.
Universitetdə fevralın 23-nə həsr olunmuş “Müsəlmanlar Vətənin müdafiəsində: tarixdən bu günə” adlı konfrans keçirilib.

“BİA İslam təhsili təşkilatlarında “Gənclərin vətənpərvərlik tərbiyəsində İslam əxlaqının normaları” adlı gənclər layihəsinin təşəbbüskarı olub. Bu gün biz müsəlmanların həyatından real nümunələr nümayiş etdirərək vətənpərvərlik, namus, vəzifə, şücaət, vətənə məhəbbət kimi islam ehkamını təbliğ etməli və əsas vurğunu qoymalıyıq. Bütün bunlar gənclərə həyatda və peşə fəaliyyətində mənəvi, sosial mənalar tapmağa kömək edəcək”, - deyə deyə N.Sedıx konfransın yekunlarına əsasən bildirib.

Tədbirdə Rusiya Federasiyasının İslam təhsil müəssisələri, o cümlədən Moskva İslam İnstitutu, Sankt-Peterburq və Leninqrad vilayəti Müsəlmanları Ruhani İdarəsi, Rusiya İslam İnstitutu və digər müəssisələrin nümayəndələri iştirak ediblər.
Sedıxın sözlərinə görə, konfransda Böyük Vətən Müharibəsi illərində və xüsusi hərbi əməliyyat zamanı müsəlmanların vətənpərvərlik fəaliyyəti müzakirə olunub, həmçinin “Hitlerə qarşı cihad” sənədli filminin lentinin nümayişi və təhlili aparılıb. Adıçəkilən filmdə İslam nümayəndələrinin faşizmə qarşı müharibədə iştirakına dair indiyə qədər az məlum olan faktlar üzə çıxarılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0