https://sputnik.az/20230217/rusiyanin-bu-regionunun-istehsalcilari-azerbaycanla-emekdasliq-etmekde-maraqlidir-451856681.html
Rusiyanın bu regionunun istehsalçıları Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır
Rusiyanın bu regionunun istehsalçıları Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır
Sputnik Azərbaycan
İşgüzar missiyasının məqsədi Lipetsk vilayəti ilə Azərbaycan sahibkarları arasında uzunmüddətli ticarət və tərəfdaşlıq əlaqələrini gücləndirməkdir. 17.02.2023, Sputnik Azərbaycan
2023-02-17T11:28+0400
2023-02-17T11:28+0400
2023-02-17T12:37+0400
rusiya
vilayət
azərbaycan
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427243513_0:128:1385:907_1920x0_80_0_0_43445f54ad91549d98b6dbf28a268a61.jpg
BAKI, 17 fevral — Sputnik. Rusiya Federasiyasının Lipetsk vilayətinin biznes dairələrinin istehsalçıları və nümayəndələri Bakıya işgüzar missiya ilə gələcəklər. "Lipetsk vilayətinin İxraca Dəstək Mərkəzi" qeyri-kommersiya təşkilatının birbaşa təşkilatçılığı ilə fevralın 21-də Azərbaycan şirkətləri və sahibkarlarının Rusiya regionunun işgüzar missiyasının nümayəndələri ilə B2B görüşləri keçiriləcək. İşgüzar missiyasının məqsədi Lipetsk vilayətinin və Azərbaycanın sahibkarları arasında uzunmüddətli ticarət və tərəfdaşlıq əlaqələrini gücləndirmək, Xəzər dənizi regionu, Mərkəzi Asiya, Yaxın Şərq və MDB ölkələrinin bazarlarında fəaliyyət göstərən işgüzar dairələr, ticarət tərəfdaşları, investorlar, şirkət və təşkilatlarla əlaqələr yaratmaqdır. "Lipetsk vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq potensialı çox yüksəkdir. Fəaliyyət istiqamətləri metal emalı, kənd təsərrüfatı məhsullarının, sənaye yağlarının, tibbi alət və avadanlıqların istehsalı olan regionumuzun ixrac yönümlü müəssisələri xarici iqtisadi fəaliyyətin inkişafında maraqlıdırlar. Biz öz tərəfimizdən qarşılıqlı əlaqənin möhkəmləndirilməsi üçün bütün səyləri göstərmək niyyətindəyik", - deyə "Lipetsk vilayətinin İxraca Dəstək Mərkəzi"nin direktoru Anatoli Qoltsov Sputnik Azərbaycan-a bildirib. Biznes missiyasında Rusiya regionunun ixrac satış kanallarını fəal şəkildə inkişaf etdirən altı müəssisəsi, o cümlədən metal konstruksiya zavodu və istilik və soyutma üçün enerjiyə qənaət edən sənaye sistemləri istehsal edən müəssisə iştirak edəcək. Özüyapışan və sürtkü yağları istehsalı ilə məşğul olan şirkətlər də öz məhsullarını təqdim edəcəklər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427243513_86:0:1295:907_1920x0_80_0_0_e2330f9b26798dae412a6cd91b26690e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
vilayət, azərbaycan, əməkdaşlıq
vilayət, azərbaycan, əməkdaşlıq
Rusiyanın bu regionunun istehsalçıları Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır
11:28 17.02.2023 (Yenilənib: 12:37 17.02.2023) İşgüzar missiyasının məqsədi Lipetsk vilayəti ilə Azərbaycan sahibkarları arasında uzunmüddətli ticarət və tərəfdaşlıq əlaqələrini gücləndirməkdir.
BAKI, 17 fevral — Sputnik. Rusiya Federasiyasının Lipetsk vilayətinin biznes dairələrinin istehsalçıları və nümayəndələri Bakıya işgüzar missiya ilə gələcəklər. "Lipetsk vilayətinin İxraca Dəstək Mərkəzi" qeyri-kommersiya təşkilatının birbaşa təşkilatçılığı ilə fevralın 21-də Azərbaycan şirkətləri və sahibkarlarının Rusiya regionunun işgüzar missiyasının nümayəndələri ilə B2B görüşləri keçiriləcək.
İşgüzar missiyasının məqsədi Lipetsk vilayətinin və Azərbaycanın sahibkarları arasında uzunmüddətli ticarət və tərəfdaşlıq əlaqələrini gücləndirmək, Xəzər dənizi regionu, Mərkəzi Asiya, Yaxın Şərq və MDB ölkələrinin bazarlarında fəaliyyət göstərən işgüzar dairələr, ticarət tərəfdaşları, investorlar, şirkət və təşkilatlarla əlaqələr yaratmaqdır.
"Lipetsk vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq potensialı çox yüksəkdir. Fəaliyyət istiqamətləri metal emalı, kənd təsərrüfatı məhsullarının, sənaye yağlarının, tibbi alət və avadanlıqların istehsalı olan regionumuzun ixrac yönümlü müəssisələri xarici iqtisadi fəaliyyətin inkişafında maraqlıdırlar. Biz öz tərəfimizdən qarşılıqlı əlaqənin möhkəmləndirilməsi üçün bütün səyləri göstərmək niyyətindəyik", - deyə "Lipetsk vilayətinin İxraca Dəstək Mərkəzi"nin direktoru Anatoli Qoltsov Sputnik Azərbaycan-a bildirib.
Biznes missiyasında Rusiya regionunun ixrac satış kanallarını fəal şəkildə inkişaf etdirən altı müəssisəsi, o cümlədən metal konstruksiya zavodu və istilik və soyutma üçün enerjiyə qənaət edən sənaye sistemləri istehsal edən müəssisə iştirak edəcək. Özüyapışan və sürtkü yağları istehsalı ilə məşğul olan şirkətlər də öz məhsullarını təqdim edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.