Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı idmançılar Bakıdakı dünya çempionatında iştirak edə bilərlər

© AP Photo / Dmitry LovetskyTaekvondo
Taekvondo - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Abunə olmaq
Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardakı çıxışına qoyulan qadağanın apreldə aradan qaldırılması nəzərdə tutulub.
BAKI, 17 fevral — Sputnik. Taekvondo üzrə Rusiya milli komandası bu il Bakıda keçiriləcək dünya çempionatında iştirak edə bilər.
Bu barədə yığmanın baş məşqçisi Vadim İvanov "Match TV"yə açıqlama verib.
O bildirib ki, Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardakı çıxışına qoyulan qadağanın apreldə aradan qaldırılması nəzərdə tutulub:

"Hazırlıq planlarımızı beynəlxalq təqvim əsasında qurmuşuq. Bu ilin ilk əsas yarışı mayın 29-da Bakıda başlayacaq dünya çempionatıdır və biz buna hazırlaşırıq. Təəssüf ki, bunadək sınaq yarışları keçirməyə vaxtımız olmayacaq".

Qeyd edək ki, dünya çempionatı 29 may-6 iyun tarixlərində təşkil olunacaq.
Xəbər lenti
0