Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın son sutkadakı itkilərini açıqladı

© Sputnik / Mediabanka keçidRusiya ordusunun tankı
Rusiya ordusunun tankı - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Abunə olmaq
Uqledar yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 72-ci mexanikləşdirilmiş briqadasının sursat anbarı da məhv edilib.
BAKI, 17 fevral — Sputnik. Fevralın 16-da Rusiya Federasiyası Silahlı Qüvvələri Ukrayna silahlı qüvvələrini yanacaq və sursatla təmin edən müəssisələrə hava və dənizdən yüksək dəqiqlikli silahlarla uzaqmənzilli raket zərbələri endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Kupyansk istiqamətində "Qərb" qoşun qrupunun bölmələrinin fəal hərəkətləri, artilleriya atəşi, hücum və ordu aviasiyasının zərbələri nəticəsində Xarkov vilayətinin Qryanikovka, Liman Pervıy, Berestovoye və "Luqansk Xalq Respublikası"nın Novoselovskoe yaşayış məntəqələri ərazilərində düşmənin canlı qüvvə və texnikası darmadağın edilib.
Bu istiqamətdə gün ərzində 80-ə qədər ukraynalı hərbçi, iki zirehli döyüş maşını və altı texnika məhv edilib.
Krasno-Limansk istiqamətində düşmənin "Mərkəz" qoşun qruplaşmasının "Donetsk Xalq Respublikası"nın Ternı, "Luqansk Xalq Respublikası"nın Stelmaxovka, Nevskoye və Çervonaya Dibrova yaşayış məntəqələri ərazilərini atəşə tutması nəticəsində təqribən 90 Ukrayna hərbçisi, bir piyada döyüş maşını, iki zirehli döyüş maşını, bir Qrad RYAS qurğusu və iki özüyeriyən "Akatsiya" haubitsası məhv edilib.
"Donetsk istiqamətində Cənub Qüvvələr Qrupunun hücum əməliyyatları və artilleriya atəşi zamanı 200-dək ukraynalı hərbçi, iki zirehli döyüş maşını, iki texnika, o cümlədən iki D-30 və bir D-20 haubitsası məhv edilib.
"Donetsk Xalq Respublikası"nın Avdeevka qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 36-cı dəniz piyada briqadasının sursat anbarı məhv edilib.
Cənub-Donetsk və Zaporojye istiqamətlərində "Vostok" qüvvələri qrupunun operativ-taktiki aviasiyası və artilleriyası "Donetsk Xalq Respublikası"nın Vuqledar, Zaporojye vilayətinin Olqovskoe və Maqdalinovka yaşayış məntəqələri ərazilərində Ukrayna bölmələrinə atəş açıb.
Bu istiqamətdə düşmənin sutka ərzində itkiləri 70-dən çox ukraynalı hərbçi, bir piyada döyüş maşını, iki zirehli döyüş maşını, iki pikap, bir Uraqan RYAS qurğusu, iki D-20 haubitsası və ABŞ istehsalı olan M777 artilleriya sistemi olub.
Bundan başqa, Uqledar kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 72-ci mexanikləşdirilmiş briqadasının sursat anbarı da məhv edilib.
Xerson istiqamətində isə atəş nəticəsində sutka ərzində 35-ə qədər Ukrayna hərbçisi, 12 texnika, iki "Akasiya" özüyeriyən haubitsa, həmçinin bir HİMARS reaktiv yaylım atəşi sistemi məhv edilib.
© Sputnik / Константин Михальчевский"Akasiya" özüyeriyən haubitsası
В зоне проведения специальной военной операции (СВО) - Sputnik Azərbaycan, 1920, 17.02.2023
"Akasiya" özüyeriyən haubitsası
Bundan əlavə, Xerson şəhəri və Dnepropetrovsk vilayətinin Vışetarasovka qəsəbəsi yaxınlığında 124-cü və 129-cu ərazi müdafiə briqadalarının döyüş sursatı olan iki anbar vurulub.
Ordu aviasiyası, raket qoşunları və Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qüvvələri artilleriyası sutka ərzində 106 ərazidə atəş mövqelərində 97 artilleriya bölməsini, canlı qüvvəsini və hərbi texnikasını məğlubiyyətə uğradıb.
Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini Xerson vilayətinin Nikolskoye kəndi yaxınlığında vurub.
Bundan əlavə, gün ərzində "Luqansk Xalq Respublikası"nın Qolikovo, Preobrajennoe, Kuzemovka, Plosçanka, "Donetsk Xalq Respublikası"nın Orlinskoye, Volodino və Aleksandrovka yaşayış məntəqələri ərazilərində doqquz pilotsuz uçuş aparatı və HIMARS-ın üç raketi və çoxlu raket sistemi məhv edilib, bir antiradar raketi HARM ələ keçirilib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 385 təyyarə, 210 helikopter, 3161 pilotsuz uçuş aparatı, 404 zenit-raket kompleksi, 7901 tank və digər zirehli döyüş texnikası, 1027 ədəd raket sistemləri, 4121 səhra artilleriyası və minaatan, o cümlədən 8429 ədəd xüsusi təyinatlı hərbi maşın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0